Yuxarı

Ofisdə sağlamlığınızı bu üsullarla qoruyun

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun müddət kompüter arxasında oturmaq çiyinlərimiz, qollarımız və əllərimizdə ağrıya səbəb ola bilir. Ölkəmizdə də milyonlarla ofis işçiləri bu kimi ağrılardan şikayətçidirlər. Mütəxəsssilər qeyd edirlər ki, bəzi sadə üsullarla bu ağrılardan qurtulmaq olar. Çünki bu ağrılar çox ciddi xəstəliyə çevrilə bilər.

Axar.az Medicina.az-a istinadla həmin araşdırmanı təqdim edir:

Ofisdə çiyinlərinizi geri verib düz oturun

Xüsusi ilə uzun müddət aşağı əyilərək işləyənlər həm özlərini, həm də kürək sümüklərini daha dik tutmalıdırlar. Kürəklərin önə doğru tutulması əzələ uyumunu pozaraq ağrıya səbəb olur. Bu səbəblə özünüzü dik tutmağa çalışın.

Kompüter ekranını göz səviyyəsində saxlayın

Kompüterin ekranını göz səviyyənizdə, klaviaturaları isə qollarınıza rahat tərzdə qoyun. Klaviaturaya doğru uzanaraq çiyinlərinizi önə doğru uzatmaqdan uzaq durun. Klaviatura və siçanı (maus) elə yerləşdirin ki, qol oynaqlarını bükməsin. Dirsək və əl biləklərinin bükülmüş tərzdə uzun müddət qalması həmin hissədə qonşu sinirləri sıxışdıraraq əllərdə uyuşma, ağrı kimi nəticələr verir.

30 dəqiqədə bir 3 dəqiqə gəzin

Hərəkətsiz qalmaq hərəkət etməkdən daha çətindir. Mütəxəssislər qeyd edirlər ki, ofis işçiləri bütün gün oturmalarına baxmayaraq, xroniki yorğunluq hiss edirlər.

Əlaqə vasitələrini lazımsız istifadə etməyin

Cib telefonunun gərəksiz və ya həddindən artıq istifadəsi, onlayn mesajlaşma proqramlarında vaxt keçirmək xüsusi ilə də əl və qolun ön hissəsində, əzələlərdə xroniki ağrıya səbəb olur. Bu səbəblə də texnoloji vasitələri lazımsız yerə istifadə etməyin.

Dostlarınıza xəbərdarlıq edin

Nə qədər diqqət etsək də, günün yorğunluğu içində bəzi nöqtələri gözdən qaçıra bilərsiniz. Bu səbəblə də ofis işçiləri bir-birlərinə xəbərdarlıq etməli, motivasiya etməlidirlər.

Gecə ağrınız olursa, həkimə gedin

Gün içərisində yaşanan ağrılardan iş çıxışı və ya tətildə qurtula bilərsiniz. Amma çiyin, qol və əllərinizdə ağrılarınız gecə də davam edirsə, mütləq həkimə gedin.

Tarix
2020.09.26 / 02:05
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bu seçkilərdə qələbə qazandı

Anar Abdullayev həbs olundu

PKK tərk-silah olur: ilk qrupun silahları yandırmasının mənası...

Quterreş Əliyevlə Paşinyanın görüşünü yüksək qiymətləndirdi

Putin postsovet ölkələrinə müdaxilə üçün fərman imzaladı

Azərbaycan Ukraynaya indiyədək nə qədər yardım edib?

Rusiyanın Azərbaycana qarşı şaftalı savaşına Belarus da qoşuldu

Xameneinin Azərbaycana nifrətinin əsl səbəbi - İsrail KİV

BƏƏ-də tarixi görüş: İranın “qırmızı xətti” artıq yoxdur!

Əbu-Dabi görüşü niyə qabağa çəkildi? - Mühüm

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla