Yuxarı

Koronavirusla yeni mübarizə üsulu - Təklif

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Koronavirusla yeni mübarizə üsulu - Təklif

Televiziya və radio kanallarında, eləcə də sosial media və sosial şəbəkələrdə həftənin 7 günü 24 saat fasiləsiz olaraq növbəli şəkildə COVİD-19 xəstəliyinin müalicəsində təcrübəsi olan həkimlərin növbəli şəkildə canlı konsultasiyalarını təşkil etmək lazımdır. Çünki xəstə sayı çoxdur və fərdi həkim baxışlarını təmin etmək mümkün deyil. Xəstələr isə nə etmək lazım oldğunu bilmir.

Axar.az xəbər verir ki, bunu COVİD-19 xəstəliyi ilə effektli mübarizə aparmaq barədə təkliflər səsləndirən radioloq həkim Aydın Əliyev qeyd edib. O bildirib ki, xəstələrə fasiləsiz məsləhətlərin verilməsini təmin etmək lazımdır:

"Bütün tibb müəssisələrində COVİD-19 xəstəliyinin müalicəsində təcrübəsi olan həkimlərin 7/24 görüntülü konsultasiyalarını növbəli şəkildə təmin etmək vacibdir. Bu həkimlərin zəhməti də qiymətləndirilməlidir. Bu halda fiziki təmaslar azaldığına görə xəstəliyin yayılmasının da qarşısı qismən alınmış olar.

Hansı xəstələrin evdə müalicə alması və hansı xəstələrin hospitalizasiya edilməsi üçün onların şikayətlərinə, kliniki-laborator və instrumental göstəricilərinə əsasən kriterilər təyin edilməlidir. Bu zaman ağır xəstələri xəstəxanalarda yerləşdirmək mümkün olar.

Apteklər dərman vasitələri ilə təchiz edilməlidir və süni qiymət artımının qarşısı alınmalıdır.

Test analizi müsbət çıxan insanlara deyilir ki, evdən çıxmayın, bunu başa düşdük. Bəs bu insan tək yaşayırsa, dərman almalıdırsa və müayinələrdən keçməlidirsə, bu məsələlər necə həll edilməlidir? Bu boşluqlar da təcili olaraq aradan qaldırılmalıdır".

Tarix
2020.12.03 / 10:56
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla