Yuxarı

Çində hazırlanan bu vaksinin ən böyük avantajları... - Sədr

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çində hazırlanan bu vaksinin ən böyük avantajları... - Sədr

"Sinovak" vaksininin hazırlayan şirkət 1993-cü ildən bu istiqamətdə işlərini davam etdirir.

Axar.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:

"Bu vaksinin ən böyük avantajlarından biri immunitet sistemimizə təsir edərək, antitellər yaratmasıdır. Vaksinlə bağlı bir çox ölkələrdə araşdırmalar aparılıb və 97% effektli olduğu bildirilir. Bu gün Türkiyə vaksinin 3-cü faza sınaq mərhələsində iştirak edir. Bu günə qədər aparılan tədqiqatlar yayımlanmasa da, çox ümidvericidir. Düşünməyin ki, Çin vaksini olduğu üçün effektli olmayacaq. Türkiyədəki həmkarlarımız da bu inaktiv vaksin üzərinə tədqiqatlar aparır. Bu vaksinin hər hansı əks təsiri gözlənilmir. Digər vaksinlər yeni olduğu üçün onlarla bağlı çox məlumat yoxdur. Bu vaksinin digər vaksinlərdən müsbət tərəfi də -4 dərəcədə saxlanıla bilməsidir və daşınması asandır".

Ramin Bayramlı əlavə edib ki, peyvənlə bağlı aparılan danışıqlarda bütün parametrlər nəzərə alınacaq:

"Dərmandan fərqli olaraq vaksinin hazırlanması, istifadəyə buraxılması daha çətindir. "Sinovak" vaksinin istehsalının bir hissəsi Türkiyədə yerinə yetiriləcək. Vaksinin ən az bir il qoruyuculuğu ola bilər. Bu tədqiqatlar qarşıdakı dövrdə təsirini göstərəcək".

Tarix
2020.12.15 / 16:05
Müəllif
Axar.az
Digər xəbərlər

Ramiz Mehdiyevlə bağlı yeni qərar verildi

Vuçiç Zakir Həsənovla görüşdü

Bakı onlar üçün vizasız rejim tətbiq etmək istəyir

Azərbaycan və Yaponiya XİN rəhbərləri görüşdü

Eynulla Fətullayev saytını neçəyə satıb? - Fantastik rəqəm

İlham Əliyev portuqaliyalı həmkarını təbrik etdi

Hər dəfə Tramp və Bibi “dalaşanda” İrana zərbə endirilir

Rəhman Mustafayev Mixail Qaluzinlə görüşdü

Artıq bəsdir: İran bu Əbülfəzli susdurmalıdır!

Şimali Kiprin baş naziri Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla