Yuxarı

Professordan vaksinlərlə bağlı çağırış: İnanmayın!

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Professordan vaksinlərlə bağlı çağırış: İnanmayın!

Son zamanlar sosial şəbəkələrdə müəyyən alimlərin və tədqiqat mərkəzlərinin adından yazılan fikirlər əsassısdır. 2019-cu ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) insan sağlamlığını təhdid edən 10 amili qeyd edib və bunlardan biri də vaksin tərəddüdü, anti-vaksin kampaniyasıdır. Vaksin elmin insanlığa bəxş etdiyi ən böyük dəyərdir və vaksinasiya nəticəsində bu gün dünyada 500 milyon insanın həyatına son qoyan təbii çiçək pandemiyasının, taun xəstəliyinin qarşısı alınıb. Bunlar bir daha onu göstərir ki, vaksinasiyaya qarşı fikirlər yanlışdır.

Bu sözləri Axar.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla sosial şəbəkələrdə vaksinlə əlaqədar yayılan mənfi fikirlər haqda danışarkən deyib.

O bildirib ki, viruslar dezoksiribonuklein turşusu (DNT) və ribonuklein turşusu (RNT) tərkibli olur:

“DNT tərkibli viruslar daha stabil, RNT tərkibli viruslar isə mutasiyaya uğramaq qabiliyyətinə malik olur. A qripinin 2000-dən çox ştammı var. Bu qripin hər il yeni ştammı qeyd olunur. Koronavirus ailəsinin 40 növü var və onlardan 7-si insanda xəstəlik, 4-ü isə hər il mövsümi soyuqdəymə törədir. SARS-1 MERS və SARS-2 isə təhlükəli formalar kimi qeydiyyatdadır. Bu viruslar mutasiyaya uğradığına görə bu cür infeksiyaların vaksinləri uzunmüddətli ola bilməz. Qripin hələ də universal vaksini yoxdur, hər il yeni bir vaksin yaradılır. Ona görə də vaksinasiya insanlarda kollektiv immunitetin yaradılması üçün müvəqqəti bir tədbirdir”.

Professor insanlarda həm vaksin, həm də yoluxma nəticəsində immunitet formalaşdığını vurğulayıb:

“Düzdür, bu immunitet kifayət etməyə də bilər, ancaq hər halda, insanlar kollektiv immunitetə yaxınlaşırlar. Cəmiyyətdə 70-75 faiz insanın immun sisteminin formalaşması kollektiv immunitetin yaranması və infeksiyanın yox olması üçün kifayətdir. Keçmişdə denge qızdırması və Amerikada donuz qripinin kütləvi vaksinasiyası şəraitində müəyyən problemlər yaşanıb, ancaq bunların qarşısı vaxtında alınıb. Koronavirus vaksinasiyanın yaxın nəticələrində hələlik, problem yoxdur. Tam əmin olmaq lazımdır ki, dünyada xəstəliklərə nəzarət və profilaktika mərkəzləri vəziyyəti ciddi şəkildə izləyir. Vaksinasiya zəruridir və şaiyələrə inanmamaq lazımdır”.

Tarix
2021.06.04 / 14:44
Müəllif
Mirvari Əzizova
Digər xəbərlər

Avropa Birliyinin səfiri Azərbaycan dilini öyrənir

Nəcibə Nəsibova bu universitetə rektor təyin olundu

“Azərpoçt”da böyük kadr dəyişikliyi - Siyahı

İranın AzTV-yə qarşı addımı ilə bağlı bəyanat yayıldı

Bu türk ölkəsi ilə 5 ildə ticarət 13 dəfə artıb

Fransanın bu bəyanatları qəbuledilməzdir - XİN

KMBİ fişinq şəbəkəsinin daha iki üzvü saxlanıldı - DİN

İlham Əliyev bu liderlərlə Qolf Klubunun açılışında - Foto

Axtarışda olan şəxs Azərbaycana ekstradisiya olunur

Çolpon-Atada Əliyevin səfərinə həsr olunmuş banner

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla