Yuxarı

Havanın temperaturu koronanın yayılmasına necə təsir edir?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Havanın temperaturu koronanın yayılmasına necə təsir edir?

Koronavirusun yayılma sürəti havanın temperaturu və rütubəti ilə dolayı yolla əlaqəlidir. Nəzərə almaq lazımdır ki, yoluxma əsasən qapalı məkanlarda baş verir.

Axar.az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov deyib.

“Pandemiya dövründə isti ölkələrdə də virusun geniş yayılmasının şahidi olduq. Lakin soyuq aylarda bir neçə faktor virusun yayılmasını artırır. Bunlar əhalinin daha çox halda qapalı məkanlarda toplaşması və qoruyucu vasitələrdən istifadəyə nəzarətin zəif olması səbəbindən sıx təmasların artması, otaqların havalanmasının daha az halda təmin olunması (havalanma zamanı otağın temperaturunun azalması səbəbindən), həmçinin immunitetin mövsümi zəifləməsi, rasionda vitamin əskikliyi (fəsillə əlaqədar) və aşağı temperaturun təsirindən burun selikli qişalarının büzülməsi nəticəsində yerli immunitetin azalmasıdır.

Bütün bunlar qış aylarında infeksiyanın yayılma sürətini artırır. Yeni ştamların meydana çıxması və kütlə immunitetindən müəyyən qədər yayınması da mühüm faktorlardandır”, - deyə T.Eyvazov vurğulayıb.

Tarix
2022.01.17 / 17:56
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla