Yuxarı

Korona testləri nə dərəcədə etibarlıdır? - TƏBİB açıqladı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Korona testləri nə dərəcədə etibarlıdır? - TƏBİB açıqladı

Artıq bütün apteklərdə “koronavirus testi” satılır və bu test vasitəsilə insanlar xətəxanaya getmədən evdə virusa yoluxub-yoluxmdıqlarını öyrənə bilərlər. Vətəndaşlar hesab edirlər ki, həmin testlərin qiymətləri xəstəxanadakı xidmətlərdən ucuz, daha tez və rahatdır. Son günlər COVİD-19 virusuna yoluxanların sayının artması ilə bu testlərə maraq da artıb.

Bəs sözügedən ekspress testlər nə dərəcədə etibarlıdır?

Axar.az xəbər verir ki, TƏBİB-dən Trend-ə verilən açıqlamada ekspress testlərdən bütün dünyada istifadə olunduğu bildirilib

“Lakin onların dəqiqliyi PZR testləri ilə müqayisədə zəifdir. Azərbaycan da bu testləri sınaqdan keçirib. Sınaq zamanı məlum olub ki, sözügedən testlər virus yükü aşağı olan, yeni yoluxmuş və ya sağalma dönəmində olanlarda neqativ çıxır. Kəskin qızdırmalı aktiv xəstələrdə isə nəticə pozitiv ola bilər. Bu səbəbdən həmin testlərin istifadəsindən imtina olunub və hazırda ölkəmizdə təsdiqləyici test kimi PZR testləri qəbul edilib. Çünki bu testlər ÜST tərəfindən koronavirusu aşkarlayan ən yüksək keyfiyyətli test kimi qiymətləndirilib.

Bununla belə, ev şəraitində insanların ekspress testlərdən istifadə etməsinə hər hansı qadağa qoyulmayıb. Bu, hər kəsin şəxsi istəyinə bağlı məsələdir. Ümumiyyətlə, bu cür ekspress testlərdən bir çox xəstəliklərdə istifadə edilə bilər.”, – deyə məlumatda qeyd olunub.

Tarix
2022.02.09 / 10:20
Müəllif
Axar.az
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla