Yuxarı

Omikron, yoxsa qrip? Necə ayırd edək?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Omikron, yoxsa qrip? Necə ayırd edək?

Hazırda boğaz ağrısı və qızdırması olanların böyük əksəriyyəti koronavirusun Omikron ştammına yoluxan şəxslərdir.

Axar.az xəbər verir ki, bunu Trend-ə infeksionist-hepatoloq Mərdan Əliyev bildirib.

"Bir müddət ölkəmizdə qrip infeksiyası yayılmışdı. Hazırda ölkəmizdə qrip infeksiyası demək olar ki, yoxdur. Bu da onu deməyə əsas verir ki, çoxlarının yoluxduğu qrip deyil. Bu, koronavirusun Omikron ştammıdır", - həkim qeyd edib.

Onun sözlərinə görə, xəstəliyin bəzi simptomları qriplə oxşardır. Oxşarlığın çox olması səbəbindən xəstəliyin müəyyən edilməsi çətinləşə bilər.

“Omikron” ştammının əsas simptomları hərarət, ümumi zəiflik, əzginlik, baş ağrısı, əzələ ağrıları, bədəndə qırılmalar, boğazda qaşınma və ya ağrı hissidir. Qripin simptomları isə öskürək, yüksək hərarət (olmaya da bilər), boğaz ağrısı, burun tutqunluğu və ya axıntısı, baş ağrısı, yorğunluq və s.-dir.

Bu virusları bir-birindən ayırd etmək üçün ancaq yaxma analizi vermək lazımdır", - M.Əliyev əlavə edib.

Tarix
2022.02.14 / 15:40
Müəllif
Axar.az
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla