Yuxarı

Telefona belə baxmaq olmaz!

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Telefona belə baxmaq olmaz!

Telefona baxarkən daim başın və boyunun aşağı bucaq altında əyilməsi ağırlığın boynun fəqərələri üzərinə düşməsinə səbəb olur. Boyun gün ərzində bu vəziyyətdə duruş üçün nəzərdə tutulmayıb.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, fizioterapistlər son zamanlar 18-20 yaşlı gənclərdə boyunda degerenativ dəyişiklik, fəqərələrdə yırtığa meyilliyin artmasının bir səbəbini telefon və planşetlərdən istifadədə görür.

Uzun müddət əyilmiş vəziyyətdə dayanan boyun fəqərələrində narahatlıqlar meydana gəlməyə başlayır. Əgər uşaqlar telefonla normadan çox məşğul olarlarsa, onların fəqərələri əyilir və fəqərəarası sinirlər sıxılmağa başlayır. Sinirlər sıxıldıqca onların qidalandırdığı yerlər də zərər görməyə başlayır. Boyun əzələləri gərginləşir və boyunda, başda ağrılar meydana gəlməyə başlayır.

ABŞ alimləri son 5 ildə əhalinin 50 faizinin boyun fəqərələrindəki problemlərin əmələ gəlməsində telefon, planşet və notbukların səbəb olduğu qənaətinə gəlmişlər.

Buna görə də telefonla uzun müddət məşğul olduqda telefonu elə tutmaq lazımdır ki, boyuna çox yük düşməsin.

Azyaşlı uşaqlara və gənclərə telefonla çox oynamağın zərərlərini başa salmaq və onların boyun vəziyyətinə nəzarət etmək lazımdır.

Tarix
2022.02.16 / 02:10
Müəllif
Axar.az
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla