Yuxarı

Hacı Nuran: ”Daha taqətim qalmayıb”

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hacı Nuran: ”Daha taqətim qalmayıb”

Almaniyada yenidən müalicə olunan teleaparıcı Hacı Nuran Hüseynovun səhhəti pisləşib.

Axar.az-ın məlumatına görə, özü İnstaqram səhifəsində yazıb.

Aparıcı hətta dostları ilə vidalaşdığını da vurğulayıb: "Neçə gündür ki, özümü çox pis hiss edirəm. Gecə-gündüz həkimlər başımın üstündədir, xəstəlik günü-gündən irəliləyir. Halım çox dəyişib, müalicə olunmağa və ağır kimyaterapiyalara dözməyə taqətim qalmayıb. Hələ qabaqda ağır transplantasiya var. Dünən burada dostlarımla vidalaşdım.

Bakıdan, Almaniyadan, Avstraliyadan, Belçikadan, Fransadan, Hollandiyadan, İsveçdən və uzaq Rusiyadan gələn, vaxt tapıb məni ziyarət edən dostlarıma çox minnətdaram".

Qeyd edək ki, H.Nuran xərçəngdən əziyyət çəkir. Uzun müddət Almaniyada müalicə alan aparıcı fevralda Bakıya qayıtmışdı. Ötən ay Almaniyaya müayinəyə gedən Nuranın xəstəliyinin irəlilədiyi bəlli olub.

Tarix
2015.08.25 / 14:54
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Ceyhun Bayramov Çinin XİN rəhbəri ilə görüşdü

Sərdar Berdiməhəmmədov Azərbaycana gəldi

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

İlham Əliyev qonaqların şərəfinə ziyafət verdi

İlham Əliyev Tacikistan prezidenti ilə görüşdü

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla