Yuxarı

TƏBİB-dən antibiotiklərlə bağlı xəbərdarlıq

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
TƏBİB-dən antibiotiklərlə bağlı xəbərdarlıq

Antibiotiklərdən bakterial infeksiyaların müalicəsində istifadə olunur. Bu da əsasən ölümcül xəstəliklər ola bilər. Onların müalicəsində mütləq şəkildə antibiotik istifadə edilir.

Axar.az xəbər verir ki, bunu TƏBİB-in Dərman və tibb vasitələrin planlaması şöbəsinin müdiri Elmin Quliyev deyib.

Onun sözlərinə görə, antibiotiklərə davamlılıq qlobal problemdir:

“Bəzi bakteriyalar antibiotiklərin təsirinə qarşı müdafiə qabiliyyəti və davamlılıq qazanır. Yəni antibiotik həmin bakteriyaları məhv edə bilmir.

Antibiotiklərdən lazımsız istifadə gələcəkdə bu müalicə üsulunun nəticəsini azaltmış olur. Həkim tövsiyəsi olmadan antibiotik istifadəsi yolverilməzdir. Başqası istifadə edib, müsbət təsir edib fikri ilə antibiotik istifadəsi doğru deyil. Virusların törətdiyi hər hansı xəstəlikdə antibiotik işə yaramır. Çünki bəzən vətəndaşlar adi qrip hallarında da antibiotiklərdən istifadəyə üstünlük verir. Dünya təcrübəsində lazımsız yerə antibiotiklərin istifadəsində 5% halda əks təris müşahidə oluna bilər”.

Tarix
2022.03.11 / 15:07
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-da Azərbaycan bayraqları endirilib? – Rəsmi

Rusiyada maaşlar da kəsilir: müharibə ölkəni bitirir

Azərbaycan daha bir konvensiyaya qoşulur

Paşinyan Azərbaycan mahnısını ermənicə paylaşdı - Video

Şuşada, Füzulidə, Laçında dalğalanan Azərbaycan bayrağı...

Eyni gündə iki tarixi olay: TRİPP və...

İrəvanda yeni Konstitusiya layihəsinin əleyhdarları...

İlham Əliyev Monteneqronun Baş nazirini qəbul etdi

İndoneziya prezidenti Azərbaycana səfər edə bilər

İlham Əliyev onlara müraciət ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla