Yuxarı

Azərbaycanda elektron tibbi reseptlər olacaq

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda elektron tibbi reseptlər olacaq

Azərbaycanda nəzərdə tutulan mühüm inkişaf prosesinin əsaslarından biri də rəqəmsal səhiyyə islahatlarıdır. İqtisadiyyatın digər sahələri kimi müasir çağırışda əsas rəqəmsal iqtisadiyyatın bir hissəsi olaraq rəqəmsal səhiyyə sistemi də çox vacibdir.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.

Nazirin sözlərinə görə, keçmiş səhiyyə paradiqmasında mərkəzdə tibb xidmətinin təminatçısı, arxasında isə tibb müəssisəsi və avadanlıq dayanırdı:

“Yeni paradiqma isə sırf pandemiya dövrü ilə bağlı faktiki olaraq gündəmə çıxdı və biz buna yenidən baxmağa məcbur olduq. Bütün dünya bu yolu gedir. Artıq mərkəzdə sırf vətəndaş durur, səhiyyə sistemi isə vətəndaşın ətrafında qurulur və ona əlçatanlığı təmin edir.

Rəqəmsal səhiyyə bir neçə hissədən ibarətdir. İlk növbədə elektron resept, həkim qəbuluna elektron qeydiyyat sistemidir və tibbi məlumatlar toplusunun formalaşdırılmasıdır.

Bir sözlə rəqəmsal səhiyyə strategiyası çoxmodullu istiqamətdir. Nəticədə vətəndaş bir-iki toxunuşla məqsədi üzrə səhiyyə sistemi ilə təmasda olacaq”.

Tarix
2022.04.09 / 15:55
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bu Avropa ölkəsində səfirlik açır

Seçki nəticəsi dəyişdi - Paşinyan sevindi

Paşinyan qalib gələn kimi Azərbaycana çağırış etdi

Ceyhun Bayramov İstanbula getdi

Paşinyandan Türkiyə açıqlaması: Yaxın zamanlarda...

Fidan, Bayramov və Boçorişvili İstanbulda görüşəcək

Gəmidə yaralanan azərbaycanlıların vəziyyəti... - XİN

Ümid edirəm ki, Bakıya gedəcəm - Paşinyan

Rusiya üçün kritik gün: Paşinyan qalib gəlsə, bitdi...

Xalq artistinin oğluna yüksək vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla