Yuxarı

Elektrikli fırçalardan istifadə edək? – Həkim

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elektrikli fırçalardan istifadə edək? – Həkim

Dişlərimizi fırçalamaq ağız boşluğumuzun və daxili orqanlarımızın sağlamlığı baxımından çox vacibdir. Çünki vaxtında təmizlənməyən dişlərin ətrafında yığılan bakteriyalar həm kariyesə, həm də müxtəlif xəstəliklərə yol aça bilər. Dişlərimizi fırçalayarkən fırça seçiminə, həmçinin fırçadan istifadə qaydasına necə diqqət edək? Klassik, yoxsa elektrikli fırçalardan istifadə etməyimiz məsləhətdir?

Bu barədə Axar.az-a açıqlama verən həkim-stomatoloq Rəşad Xamıyev bildirib ki, istənilən halda gərəyindən artıq təzyiq dişlərdə patologiyaya səbəb ola bilər:

“Texnologiya bizə hər gün fərqli və işimizi asanlaşdıran alətlər təqdim edir. Lakin zamanla bunların patologiyalara səbəb olduğu aşkarlanır. Bu, təkcə stomatologiyada deyil, bütün sahələrdə belədir. Hər zaman klassika ən yaxşısıdır. Normal fırça ilə dişləri təmizləyərkən tam bəyaz olmasını düşünmək lazım deyil. Dişlərinizin üzərinə çayın ləkəsi də hopa bilər. Əsas odur ki, fırçanız diş ətinizə patoloji təsir etməsin”.

R.Xamıyev qeyd edib ki, dişləri sürətli və sərt şəkildə fırçalamaq diş ətinə ziyandır:

“Yumşaq fırçalardan və gel şəklində olan diş pastalarından istifadə edilməsi məsləhətdir. Düzdür, elektrikli fırçalarda təzyiq xəbərdarlığı sistemi var, lakin həddindən artıq təzyiqlə fırçalamaq diş ətində çökmə və ya zədələnməyə səbəb olur, yaralara yol açır. Hamımız düzgün diş fırçası seçimini və düzgün fırçalama texnikasını bilməliyik. “Ultra soft” və ya “soft” fırça seçimi hər zaman məsləhətdir. Orta sərtlikli diş fırçaları daha çox sağlam diş əti olan insanlara tövsiyə edilir. Həssaslıq şikayətləri və ya diş əti çəkilişləri olan insanlar yumşaq diş fırçası istifadə etməlidirlər. Ağız sağlamlığınızı və ehtiyaclarınızı nəzərə alaraq, diş həkiminizin sizə tövsiyə etdiyi fırçalara üstünlük verin”.

Tarix
2022.04.21 / 00:50
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla