"İnterneşinal Medikal Senter"in ginekoloqu Zülfiyyə
Muradova hamiləliyin planlaşdırılması zamanı hansı analizlərin
mütləq olması haqda tövsiyələrini Axar.az-la bölüşüb:
Hamiləlik vaxtı hansı analizlər vermək
lazımdır?
Hamiləliyin planlaşdırılması zamanı hər bir cütlük üçün lazım
olan analizlər müxtəlif olur. İlk növbədə, əsas müayinəni keçmək
lazımdır. Xəstəliklərin olduğu və ya hamiləliyin bir il ərzində
olmadığı zaman kişi və qadın daha geniş kurs keçirlər.
Bir qayda olaraq, onlar əvvəlcə aşağıdakı analizləri
verməlidirlər:
- Floradan yaxma
- Qanın ümumi, biokimyəvi analizi
- Sidiyin ümumi analizi
- PZR müayinəsi üçün uşaqlıq boynundan nümunə
- Nümunənin sitologiyası
- Qalxanvari vəzinin hormonları
- Süd və qalxanvari vəzilərin, kiçik çanaq orqanlarının
USM-i.
Hamiləliyin planlaşdırılması zamanı infeksiyaların
olduğuna dair analizlər
Viruslara və infeksiyalara qarşı anticisimlərin təyin edilməsi
də hamiləliyin planlaşdırılması zamanı qadınlar üçün əsas
analizlərdir.
Onlara aşağıdakı analizlər aiddir:
- Toksoplazmozaya, herpesə, məxmərəyə, sitomeqalovirusa və
papilloma virusuna qarşı anticisimlər
- İİV, sifilis, qonokoklar, mikoplazmalar, qardnerelar və
başqaları
- Bağırsaq çubuğu, stafilokok
- Qanın laxtalanması
Qadında infeksiyalar aşkar edildiyi halda onu və partnyorunu
müalicə etmək lazımdır və yalnız bundan sonra planlaşdırmaya
başlamaq olar. Cinsi infeksiyalar yoluxucudur və onlar körpəyə
ötürülür, bu isə ona neqativ təsir edir. Toksoplazmoz, məxmərək və
sitomeqalovirus dölün sağlamlığı üçün çox təhlükəlidir.
Toksoplazmoz bir parazitar xəstəlikdir. Gələcək uşaqda ilkin
yoluxma baş verdikdə inkişaf qüsurları əmələ gələ bilər. Buna görə
də həkimlər 24 həftəyə qədər olan müddətdə hamiləliyin
dayandırılmasına təkid edirlər. Beləliklə, Toxoplasma Gondii-də
hamiləliyin planlaşdırılması zamanı analizlər IgM (xəstəliyin
kəskin mərhələsi) və IgG (qadın keçmişdə toksoplazmoz xəstəliyini
keçirib) anticisimlərinin aşkarlanması üçün lazımdır.
Anticisimlərin aşkarlanmadığı halda, qadına ehtiyat tədbirlərinə
riayət etmək göstərişi verilir.
Məxmərəyə görə hamiləliyin erkən müddətində ağır patologiyalar
yarana bilər. Buna görə də, məxmərək ilə yoluxma aborta göstəriş
ilə nəticələnir. Məxmərəyə qarşı xüsusi immunitet 20 il ərzində
təsir göstərən vaksinləmə sayəsində yaranır. Sitomeqalovirusla
yoluxma nəticəsində döl tələf ola və ya anadangəlmə sitomeqaliya
ilə inkişaf edə bilər. Lakin hamilənin virus daşıyıcısı olması
ciddi nəticələrə gətirib çıxarmır.
Hamiləliyin planlaşdırılması zamanı əlavə
analizlər
Hamiləliyin planlaşdırılmasından əvvəl yerdə qalan analizlər
anamnezdə qeyri-müntəzəm menstruasiya dövrü, mayalanma ilə
problemləri, abortları və uşaqsalmaları olan qadınlara təyin
edilir. Bu halda cinsi hormonlarla bağlı qan verirlər, uşaqlıq
borularının keçirilmə qabiliyyəti yoxlanılır.
Sonsuzluq və ya hamiləliyin pozulması zamanı antikoaqulyantın,
TPO-anticisimlərin, xroniki qonadotropinə, fosfolipidlərə qarşı
anticisimlərin və s. aşkarlanması üçün analizlər təyin oluna
bilər.
Bundan başqa, hamiləliyin planlaşdırılması zamanı immunoloji
müayinənin keçirilməsi tövsiyə edilir. Həmçinin, peyvəndlərə
ehtiyac olub-olmaması məsələsi həll edilir. Onlara, məsələn,
qadında məxmərəyə qarşı anticisimlər tapılmadığı halda ehtiyac
duyulur. Belə ki, onu mütləq hamiləlikdən ən azı üç ay əvvəl etmək
lazımdır. Unutmamalıyıq ki, məxmərəyə yoluxduqda uşaqda inkişaf
qüsurları yaranır. Bəzi mütəxəssislər deyirlər ki, hepatit B-yə
qarşı da peyvənd etmək məqsədəuyğundur. Həmçinin, tetanusa
(stolbnyaka) və difteriyaya qarşı qabaqlayıcı vaksinləmələr tövsiyə
edilir. Bəzi hallarda qripə qarşı peyvənd də lazım ola bilər.
Hamiləliyin planlaşdırılması zamanı kişilər üçün
analizlər
Bir qayda olaraq, məhz gələcək ana mayalanmadan əvvəl analizlər
verir. Lakin bütün mütəxəssislər bəyan edir ki, bu, kişilər üçün də
vacibdir. Beləliklə, əvvəlcədən maraqlanmaq vacibdir ki,
hamiləliyin planlaşdırılması zamanı kişilər üçün hansı analizlər
lazım gələcək?
Siyahıya aşağıdakılar daxildir:
- İİV-ə, sifilisə, hepatitə görə qan analizi
- Cinsi infeksiyalarla bağlı analiz
- Flüoroqrafiya
- Rezus-faktor üçün qan verilməsi
Əgər kişi amilinə görə sonsuzluğa şübhə varsa, bəzi hallarda
spermoqrammaya ehtiyac duyula bilər. Bundan başqa, cinsi orqanların
ultrasəs müayinəsi, hormonlarla bağlı analiz və həkimin anamnez
əsasında təklif edəcəyi digər müayinələr təyin edilə bilər.
Hamiləlik dövründə gələcək ana və atanın xroniki xəstəlikləri
dölün sağlamlığına neqativ təsir göstərir. Buna görə də
xəstəlikləri mayalanmadan əvvəl müalicə etmək üçün onları
planlaşdırma mərhələsində aşkar etmək vacibdir.