Yuxarı

Azərbaycan koronaya qarşı vaksin hazırladı: Adına baxın!

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan koronaya qarşı vaksin hazırladı:

Ümumiyyətlə, vaksin hazırlanması bir neçə mərhələdən ibarət olur. Birinci mərhələsi labaratoriya şəraitində, yəni elmi tədqiqatların aparılmasıdır. Buna pre-klinik tədqiqatlar deyilir. Burada elmi tədqiqatlar aparılır sonra heyvan modelləri üzərində təsirini yoxlamaq üçün tədqiqatlar aparılır.

Axar.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında AMEA-nın müxbir üzvü, professor Tərlan Məmmədov deyib.

O qeyd edib ki, komandası tərəfindən bir neçə vaksin hazırlanıb:

"COVİD-19-a qarşı həm vaksin, həm də dərman hazırladıq. Pre-klinik işlər başa çatdı. Bundan sonrakı işlər isə investora bağlı məsələdir. Çünki burada klinik tədqiqatları insanlar üzərində aparılması üçün maliyyə vəsaiti olmalıdır. Təəsüfki müəyyən məsələlərə görə maliyyə vəsaiti olmadı. Hazırladığımız vaksin dünyada yeganə vaksin oldu ki, "Omikron"da daxil olmaqla koronavirusun bütün variantlarına qarşı təsirli oldu. Bu haqda dünyanın ən prestijli jurnallarında çin alimləri tərəfindən məqalə çap edildi. Orada göstərilir ki, bizim hazırlaldığımız COVİD-19-a qarşı vaksin "Omikron"və "Delta"ya qarşı effektivdir. Vaksinin adının "Qarabağ" qoyulması planlaşdırılıb. Pandemiya bitsə də "Omikron" variantı yenə də özünü göstərir. Koronavirusa qarşı universal bir vaksin olaraq hazırladıq. Hələ də gec deyil. İnsanlar hələ də "Omikron" varianta yoluxur. Bu vaksin yeni yaranan variantlara qarşı da effketivdir".

Xatırladaq ki, bir müddət öncə T.Məmmədov müvafiq işlərə 20 nəfərdən ibarət komandası ilə pandemiyanın ilk günlərindən etibarən başladığını qeyd edib.

Tarix
2023.05.18 / 14:33
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla