01-31 09:00
1988-ci il təvəllüdlü Vüsal Bağıyev böyrək
çatışmazlığından əziyyət çəkir. İsmayıllı rayon sakini olan Vüsal
Gəncə şəhərində hərbi xidmətini başa vurandan 6 ay sonra
böyrəyindən şikayət edib. Dövlət qeydiyyatına isə bir ay sonra düşə
bilib.
O, Azərbaycanda ilk dəfə böyrək transplantasiyasının həyata
keçirildiyi xəstələrdəndir. Ona anasının böyrəyi köçürülüb.
Neftçilər xəstəxanasının həkimləri Elnur Fərəcov və Mircəlal Kazimi
tərəfindən Şamaxı rayon Diaqnostika mərkəzində dövlət hesabına
əməliyyat olunan Vüsalda əməliyyatdan iki gün öncə Hepatit B virusu
aşkarlanıb, amma anası Saçlı Cəlilovanın "Axar.az"a dediyinə görə,
həkimlər tələm-tələsik ona qarşı iynə vurublar.
Qara günlər başlayır
2011-ci il oktyabrın 16-da əməliyyat olunan Vüsal Bağıyevin əsl
problemi də bundan sonra başlayıb. Şamaxı rayon Diaqnostika
Mərkəzində hər həftə dializə gedən Vüsal həkimlərin səhlənkarlığı
nəticəsində Hepatit C virusuna yoluxub.
Vüsalın anası deyir ki, Şamaxı Diaqnostika Mərkəzinin Dializ
şöbəsində təkcə onun oğlu deyil, çox adam Hepatitə yoluxub.
Beləliklə, Vüsalın 2013-cü ilin yanvarında əməliyyat olunan böyrəyi
yenidən öz fəaliyyətini dayandırıb.
Dözməyən ana böyrəyi
Vüsalın redaksiyamıza üz tutan anası Saçlı xanım isə yeni
əməliyyat üçün imkanlı şəxslərdən kömək istədiyini bildirdi:
"Evimi kreditə qoyub "Xalq Bank"dan 17 min pul götürmüşük.
Əməliyyatdan başqa hər bir analizə, dərmanlara götürdüyüm pulun
hamısını ödəmişəm. Hər ay oğlumu Neftçilər Dövlət xəstəxanasına
analizə gətirirəm, hər dəfə gətirəndə 100 manat pul veririk
laboratoriya şöbəsinə. İndi Vüsalı yenidən əməliyyat etdirmək
lazımdır. Mənim ona verdiyim böyrək də fəaliyyətini itirdi, indi
yenidən donor axtarırıq. Əməliyyat üçün isə 35 minə yaxın pul lazım
olduğunu deyirlər".
Atası da öz böyrəyini verə bilər, amma...
Vüsalın qanında Hepatit C virusu isə İran İslam Respublikasında
həkimlər tərəfindən aşkarlanıb. Bildirilib ki, Vüsal ikinci dəfə
əməliyyat oluna bilməz.
Amma Neftçilər Dövlət Xəstəxanasının həkimi Mircəlal Kazimi və
Elnur Fərəcov bunun əksini deyib.
Saçlı xanım deyir ki, Vüsalın atası ona donor ola bilər, amma
əvvəlcə ürək əməliyyatı olunmalıdır. Saçlı Cəlilova maddi
imkanlarının olmadığı üçün bu əməliyyatın mümkünsüz olduğunu
bildirir:
"Ümidimiz bir Allaha qalıb..."
***
03-26 16:10
Əlacsız anaya yardım etmək istəyənlər bu hesab nömrəsi ilə əlaqə
saxlaya bilərlər:
AZ88MUGA410103801002201 AZM 15 MUĞAN BANK
Əlaqə telefonları: 055 866 66 49 Fazil (atası), 055 468 58 78
(Vüsal), 055 249 55 02 (anası)