Yuxarı

Arıqlamaq istəyənlərin diqqətinə!

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Arıqlamaq istəyənlərin diqqətinə!

Gündəlik qida rasionunuza sağlamlığa yararlı məhsullardan hazırlanmış az miqdarda şirniyyat əlavə etmək mövsümi keçid dövrlərini kökəlmədən keçirməyinizə kömək edə bilər.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, həddən artıq iştahlısınızsa və ürəyiniz tez-tez şirniyyat istəyirsə, əvvəlcə həkiminizlə məsləhətləşməli və qan analizləri verərək bunun səbəblərini araşdırmalısınız. Əgər qan analizinizdə problem çıxmasa, evdə hazırladığınız şirniyyatlardan az miqdarda yeyə bilərsiniz.

Uzman dietoloq Didəm Yıldız Küçük səhər yeməyində çörəyin üzərinə çəkərək və ya qəlyanaltıda biskvitlərlə yeyə biləcəyiniz arıqladan şokolad reseptini bölüşüb. O, evdə hazırlanmış bu cür qidaların iştahı nəzarət altında saxlamağı asanlaşdırdığını deyib.

Tərkibi:

- 250 qram qovrulmuş fındıq;

- 2 xörək qaşığı kokos yağı;

- 3 xörək qaşığı bal;

- 1 çay qaşığı keçibuynuzu tozu;

- 2 xörək qaşığı kakao.

Hazırlanması: Qovrulmuş fındıq 180 dərəcədə qızdırılmış sobada 5-10 dəqiqə saxlanmalıdır ki, tərkibindəki yağ daha asan üzə çıxsın. Daha sonra fındıqları doğrayıcıdan keçirib əzmə halına gətirin. Fındıq yumşaq hala gələndən sonra digər inqrediyentləri əlavə edib qarışdırın. Qarışığı soyuducuda şüşə qabda saxlamaqla bir həftədən çox mühafizə etmək olar.

İstifadə qaydası: Dietoloq hazırlanan şokoladdan gündə cəmi 2 çay qaşığı yeməyin kifayət etdiyini vurğulayıb. Şokoladı səhər və ya günorta saatlarında yemək daha məqsədəuyğundur. Xroniki xəstəlikləri olanlar həkimlə məsləhətləşmədən bu şokoladı istehlak etməməlidirlər.

Tarix
2024.02.28 / 02:12
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp Xameneinin öldüyünü elan etdi - Təcili

İran rəsmən Xameneinin öldüyünü təsdiqləyəcəkmi?

İrandan 12 Azərbaycan vətəndaşı, 1 italiyalı təxliyə edildi

Xamenei artıq yoxdur - Netanyahudan sensasiya

Tramp İrana zərbələri birbaşa izləyir - Foto

İrana inanılmaz zərbələr endirilir - Bu, “12 günlük” deyil!

Rəsmi Bakıdan çağırış: Danışıqlara qayıdın!

Sərhədimizdə dəhşətli müharibə: İranı nə gözləyir?

Rəsmi Bakının atdığı siyasi addımlar... - Deputat

İran vətəndaşları Türkiyəyə qanunsuz keçib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla