Çoxumuz üçün qulaq
təmizləyən pambıq çöpləri məişət həyatımızın adi bir halına
çevrilib.
Axar.az xəbər verir ki, insanlar şəxsi gigiyenalarının qayğısına
qalmaq üçün sözügedən pambıq çöplərdən tez-tez istifadə edir. Lakin
çoxlarına məlum deyil ki, bu çöplər sağlamlığımız üçün o qədər də
faydalı deyil. Həkimlərin rəyinə görə, pambıq çöplərdən mütamadi
istifadə sağlamlığa ziyan vura, hətta orta qulaq xəstəliyinə –
otitə səbəb ola bilər.
Onların sözlərinə görə, qulaq çirki eşitmə orqanlarının düzgün
işi üçün vacibdir. Məsələn, o, qulaq boşluğunu nəmləndirərək
qulağın daxili hissəsinin dərisini qorumağa kömək edir. Bundan
başqa, o qulağı tozdan, qurumuş dəri hissəciklərindən müdafiə
edir.
Nyu Lanqon Klinikalar Assosasiyasının həkimi Uilyam Şapironun
sözlərinə görə, pambıq çöplərdən birmənalı olaraq uzaq durmaq
lazımdır:
"Qulaq çöplərindən istifadə edərkən biz bilmədən kiri
qulağımızın daxilinə ötürürük. Çirkin bir hissəsi pambığın ucunda
xaric olunsa da, daha böyük bir hissə çöpün köməyi ilə qulağımızın
daxilinə itələnir. Bir müddət sonra bu eşitmə problemləri ortaya
çıxarır. Sözügedən çöplər qulaqda otit və göbələk kimi
xəstəliklərin yaranması üçün şərait yaradır. Bununla yanaşı, qulaq
çöpləri qulağınızda olan kiçik tük, dəri quruntuları, toz kimi
zərərli maddələri qulağınızın daxilinə itələyir. Tövsiyə edirəm ki,
bu çöplərdən qətiyyən istifadə etməyəsiniz".