O qədərdə inamım yoxdur
Səhhətinizlə bağlı hansısa problem yarandıqda kimə müraciət
edirsiniz? Yerli, yoxsa xarici ölkələrdən hansının səhiyyəsinə
üstünlük verirsiniz? Bəs tanınmışlarımız kimi, hansını seçir?
Gözümüz
qorxduğu üçün xarici ölkəyə üz tutduq
Şair Xanəmir Telmanoğlu ilə əlaqə saxladıq. O bildirdi
ki, özünün və ailə üzvlərindən hansınınsa səhhətində problem
yarananda xarici ölkədə müalicə olunurlar:
"Mən xarici ölkələrə müraciət edirəm. Belə deyim də, bizim
ailədə belə bir problem yaşandı. Bütün yerli həkimləri gəzdik,
sonunda ağır nəticə ilə üzləşdik. Ondan sonra gözümüz qorxdu və
artıq elə bir halla qarşılaşanda xarici ölkəyə üz tuturuq".
Buranın
həkimlərinə o qədərdə inamım yoxdur
Səhər Əhməd yalnız tanıdığı həkimlərə müraciət edir:"Amma
hansısaciddi problem yarandıqda Türkiyə və İranda müalicə olunuruq.
Düzünü desəm, buranın həkimlərinə o qədərdə inamım yoxdur".
Onsuz
da dövlət və özəllərdə qiyməteynidir
Şair Musa Yaqub təkcə həkimlərdən deyil, həm də
qiymətlərdən şikayətçidir:"Əslində dövlət xəstəxanasına
müraciət edirəm. Onsuz da dövlət xəstəxanalarında və özəl
klinikalarda qiymətlər eynidir. Amma özəldə də tanış və yaxın həkim
olanda müayinə olunuram. Öz ölkəmizdə, xüsusilə Yazıçılar
Birliyinin poliklinikasında da həkimlərimiz var, daha çox ora
gedirəm".
Mən
Təbrizə gedirəm
Fərqanə Mehdiyeva sorğumuza cavab olaraq dedi ki,
səhhəti ilə bağlı Təbrizə gedir: "Hətta əməliyyatımı da
orda elətdirdim. Milli Onkologiya xəstəxanasındaetdirdiyim
müalicələr mənə yardım etdi, amma Təbrizdəkimüalicələr daha çox
effektli oldu. Orda qoyulan diaqnoz da buradakından daha ciddi və
fərqli idi".
Öncədən
həkimi araşdırıram
İlqar Fəhmi isə yerli həkimlərə müraciət edir:"Öncədən həkimi
araşdırıram ki, necə həkimdir, sonra isə müayinələrdən keçirəm. Hər
həkimin yanına getmirəm. Hələ ki, xarici ölkələrə səhhətlə bağlı
getməmişəm".
Poliklinikada
yalnız yaxın həkimə yaxınlaşıram
Zahir Əzəmət:"Bir-iki dəfə olub ki, poliklinikaya müraciət
etmişəm. Poliklinikada isə yalnız yaxın və etibar etdiyim həkimə
yaxınlaşıram. Hələ ki, yüngül problem olduğundan xarici ölkələrə
getməmişik".
Özüm-özümü
müalicə edə bilməyəndə...
Sayman Aruz ilk olaraq internetə müraciət edir və
xəstəliyi ilə bağlı araşdırma aparır:
"Özüm-özümü müalicə edə bilməyəndə həkimlərə müraciət edirəm.
Əslində, mən öz xəstəliyimi tanımaq istəyirəm, sonra onunla
yoldaşlıq edirəm. Özüm xəstəliyimlə bacarmayanda məcburən həkimə
yaxınlaşıram".