Yuxarı

Berluskoninin cərrahı Bakıda əməliyyat aparıb

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Berluskoninin cərrahı Bakıda əməliyyat aparıb

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin ürəyində iki gün öncə aparılan mürəkkəb əməliyyat heç bir fəsad olmadan uğurla tamamlanıb.

Axar.az xəbər verir ki, bu barədə əməliyyata rəhbərlik edən kardiocərrah Ottavio Alfieri məlumat verib. Milan şəhərinin San Raffaelo klinikasında 4 saaat davam edən əməliyyat zamanı 79 yaşlı Berluskoninin ürəyinin aorta qapağı dəyişdirilib.

"Nəzərdə tutduğumuz vaxtda həyata keçirilən əməliyyat müvəffəqiyyətlə, heç bir ağırlaşma olmadan başa çatdı. Hazırda xəstə intensiv terapiya şöbəsində yerləşdirilib və biz onun ayılmağını gözləyirik", - Ottavio Alfieri əməliyyatdan sonra jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bəyan edib.

Tibb sahəsində çətin və mürəkkəb hesab edilən əməliyyatın icra olunduğu San Rafaello xəstəxanası artıq 10 ildir ki, Mərkəzi Neftçilər Xəstəxanası (MNX) ilə yaxından əməkdaşlıq edir. San Raffaelo xəstəxanasının həkimləri dəfələrlə MNX-nın Ürək və Damar Xəstəlikləri Mərkəzininin qonağı olmaqla, öz təcrübələrini həmkarları ilə bölüşüblər. Məşhur ürək cərrahı Ottavio Alfieri özü də bir neçə dəfə Mərkəzi Neftçilər Xəstəxanasında olub və burada keçirilən beynəlxalq konfranslarda ürək-damar cərrahiyyəsi sahəsində tətbiq olunan innovativ yeniliklər barədə maraqlı açıqlamalar verib. Bununla yanaşı, Ottavio Alfierinin də daxil olduğu həkim heyəti azərbaycanlı həmkarları ilə birlikdə Bakı şəhərində 350-dən çox mürəkkəb ürək əməliyyatını uğurla icra edib.

Ürək və Damar Xəstəlikləri Mərkəzinə rəhbərlik edən Milli Məclisin üzvü, tibb elmləri doktoru, Rəşad Mahmudov bildirib ki, azərbaycanlı ürək cərrahları da mütəmadi olaraq İtaliyanın Milan şəhərində yerləşən San Raffaelo xəstəxanasında təcrübə mübadiləsi keçirlər. Ürək-damar cərrahiyyəsi sahəsində əldə olunan ən son nailiyyətlərlə yaxından tanış olmaq, cərrahiyyə əməliyyatlarında birbaşa iştirak etmək yerli kardiocərrahlarımızın daha da püxtələşməsində mühüm rol oynayır.

Tarix
2016.06.17 / 12:33
Müəllif
Axar.az
Digər xəbərlər

Cövdət Yılmaz Azərbaycana gəldi

Elxan Mikayılov işdən çıxarıldı

Putin bunu istədi, Paşinyan açıq şəkildə rədd etdi

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq

Əli Əsədov TDT baş katibi ilə görüşdü

Daha bir ölkənin baş naziri Azərbaycana gəldi

İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar

“Urban Expo” sərgisinə qeydiyyat müddəti uzadıldı

Bu, Paşinyanla Əliyevin sayəsində mümkün olub - Putin

Bakı və Türkmənbaşı limanları əməkdaşlığı genişləndirir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla