Yuxarı

Nura: "Özünüzü ucuz tutmayın"

Ana səhifə Digər Şou-biznes
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nura: "Özünüzü ucuz tutmayın"

Müğənni Nura Suri sosial şəbəkədə ödənişsiz məhsul reklam edən həmkarlarını tənqid edib.

Musavat.com xəbər verir ki, Nura fikirlərini sosial şəbəkədə bölüşüb:

"Statusum məşhur dostlarımadır. Özünüzü belə ucuz satmayın. "Facebook" və"İnstagram" şəbəkələrində reklam etdiyiniz şirkətlər sizə ödəniş etməlidir. Tort almağa hamımızın pulu var. 20-30 manatlıq hədiyyə göndərirlər, siz də onları reklam edirsiniz. Məşhur olmaq üçün nə qədər əmək və vəsait xərclədiyinizi unutmayın. Bu gün adınız sizə qazanc gətirməlidir".

Qeyd edək ki, milyonlarla izləyicisi olan əcnəbi tanınmışlar şəxsi profillərində müxtəlif markaların məhsullarının səhifələrinin fotolarını paylaşaraq onları reklam edir və bunun qarşılığında müəyyən qonorar alır. Türkiyədə Demet Akalın, Ebru Polat, Ebru Gündeş, Özge Ulusoy və Esra Erol kimi sənət adamları reklamdan qazanc əldə edənlər siyahısındadır. "İnstagram"da 4, "Twitterdə" 5 milyon izləyicisi olan Akalın hər paylaşım üçün 8 min lira alır.

Azərbaycanlı məşhurlar isə daha çox "barter" ilə məşğuldurlar. Sənətçilər şirkətlərdən pul almadan, onlara hədiyyə olunan məhsulun fotosunu paylaşır. Son zamanlar yerli ulduzlar səhifələrində daha çox şirniyyat və geyim mağazalarını reklam edir.

Tarix
2016.08.25 / 22:45
Müəllif
Axar.az
Digər xəbərlər

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla