Yuxarı

Maniyevin filmə çəkilməsinə kim qadağa qoymuşdu?

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün bundan əvvəl dünyasını dəyişən mərhum xalq artisti Muxtar Maniyev Azərbaycan kino tarixində ən çox filmə çəkilən aktyorlar sırasındadır. O, irili-xırdalı 157 filmdə iştirak edib. Ömrünün son illərində özündə işləmək həvəsi görsə də, üzləşdiyi xəstəlik mərhumun bu arzusunun üstündən xətt çəkdi.

Lakin elə məqamlar olub ki, Maniyevin filmə çəkilməsi qadağan edilib. Bu barədə mərhum xalq artisti araşdırmaçı jurnalist Ulduzə Canıyevaya 1960-cı ildə ekranlaşdırılan “Koroğlu” filminin çəkiliş prosesi haqqında danışarkən məlumat verib.

Moderator.az bir neçə gün bundan öncə aramızdan ayrılan mərhum aktyora ithaf olaraq, həmin xatirəni təqdim edir:

“Seyidzadə (filmin rejissoru Hüseyn Seyidzadə nəzərdə tutulur. - red.) ilə Adil İsgəndərovun arası çox sərin idi. Seyidzadə onu da bilirdi ki, mən Adil İsgəndərovun tələbəsiyəm. Bunu tez-tez mənə eşitdirirdi. Buna baxmayaraq, çəkiliş vaxtı rejissorun diqqəti daima mənim üzərimdə olurdu. Əgər o, kin-kidurət nümayiş etdirsəydi, məni bir filmdə üç rola çəkərdimi?!

Yaxşı deyiblər, mərdimazar olmasa, bağ çəpəri neyləyər? O dövrdə mənim filmlərdə çəkilməyimə qadağa qoymuşdular. Bunun günahı kino sahəsində rəhbər vəzifələrdə çalışan Azad Şərifovda idi. Doğrudur, sınaq çəkilişlərinə dəvət alırdım, amma sonradan məlum olurdu ki, ifam nədənsə, qəbul olunmayıb. Bəlkə də, “Koroğlu” filminə də çəkilməzdim. Çünki məndən əvvəl bir neçə aktyoru sınaq çəkilişləri üçün dəvət etmişdilər. Sınaqlara mən də qatıldım və şəxsən Seyidzadənin təşəbbüsü ilə üç rolu yaratdım”.

Bir məqamı da qeyd edək ki, mərhum Muxtar Maniyevin haqqında danışdığı “Koroğlu” filmi Azərbaycan kinosunun ən zəif ekran əsərlərindən biri sayılır. Kino mogikanı Hüseyn Seyidzadənin rejissorluq etməsinə baxmayaraq, tarixi mövzuda çəkilən “Koroğlu” gözlənilən effekti vermədi. Bunun iki səbəb var: birincisi, o zaman məşhur rejissor məhkəməyə verilmişdi. Onu “Var olun, qızlar” filminin ssenarisini oğurlamaqda günahlandırıb, məhkəməyə vermişdilər. Bu məsələ həssas insan olan Seyidzadəyə mənəvi zərbə vurmuşdu ki, bu da filmin çəkilişinə təsirsiz ötüşməyib. İkincisi isə, tarixi mövzuda olduğu üçün və nüvəsinə milli çalarların çoxluğu səbəbindən yuxarı aktyor seçimindən tutmuş, ssenarinin hər cümləsinə qədər yaradıcı prosesə müdaxilə edirdi. Bu səbəbdən rejissor filmi istədiyi kimi çəkə bilmədi.

Tarix
2016.12.27 / 18:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla