Yuxarı

Coli müsəlmanları müdafiə etdi: “ABŞ odla oynayır”

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Coli müsəlmanları müdafiə etdi: “ABŞ odla oynayır”

Amerikalı aktrisa Anjelina Coli ABŞ Prezidenti Donald Trampın siyasətini tənqid edib.

Axar.az xəbər verir ki, “Nyu York Tayms”a müsahibə verən Coli dünyanın ən müdafiəsiz insanlarına sığınacaq verən ölkəsinin tarixi ilə fəxr etdiyini bildirib.

“Amerikalılar ideyaların müdafiəsi üçün qanlarını axıdıblar. Bu ideyalar insan haqlarının mədəniyyətdən, coğrafiyadan, etnik mənsubiyyətdən və dindən üstün olduğunu deyir. Amerikanın siyasəti qorxu üzərində yox, faktlar üzərində qurulmalıdır. Bütün dünyadakı qaçqınların yalnız 1%-dən az hissəsi ABŞ və ya başqa ölkədə məskunlaşır. Qaçqınların yaşadıqları ölkələrin böyük əksəriyyəti varlı Qərb yox, aşağı və orta gəlirləri olan dövlətlərdir. Əgər ABŞ öz siyasətinin qaçqınlar üçün qapıların bağlanması və ya dini etiqada görə diskriminasiya məruz qalınması şəklində başa düşülməsinə imkan yaratsa, odla oynamış olacaq. Bu od isə tezliklə bütün qitələrə yayılacaq”.

Tarix
2017.02.03 / 13:14
Müəllif
Həsənov İlkin
Digər xəbərlər

Vəzifəsindən azad olunan polkovnik Əsədova yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

İlham Əliyev və Ramzan Kadırov Ağ Şəhərdə... - Foto

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Rusiya və İranın zəifləməsi Azərbaycana sərf edər

Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla