Yuxarı

Qalmaqallı "Rəcəb İvedik" təqdim edildi

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və Azərbaycanda qalmaqal yaradan “Rəcəb İvedik“ filminin qala gecəsi keçirilib.

Musavat.com xəbər verir ki, baş rolunu Şahan Gökbakarın canlandırdığı filmin təqdimat mərasiminə Türkiyənin sayılıb-seçilən simaları qatılıb.

Filmdən sonra jurnalistlərin suallarına cavab verən aktyor həyəcanlı olduğunu dilə gətirib:

“Filmi böyük ümidlərlə təqdim edirik. Yeni film növbətiyə keçidi təmin edir. Bu səbəbdən həyəcanımız hər film daha da artır. “Rəcəb İvedik”in beşincisini də təqdim etdik. Allah bizə bunu nəsib etdi. İzləyənlərimiz sağ olsun ki, bizi tək buraxmadı. Filmimizin sağ əli digər silsilə filmlərin başına, inşallah”.

Yeni film üçün rekord izlənmə gözlədiyini ifadə edən Gökbakar "Filmin treyleri Yutub kanalında rekord sayda izləndi. İnanıram ki, kassada da eyni nəticə özünü göstərəcək. İnşallah, sevənlərimiz bizə bu qüruru bir daha yaşadar”, - deyə bildirib.

Qeyd edək ki, "Rəcəb İvedik 5" filminin treylerində Rəcəb İvedik (Şahan Gökbakar) rinqə çıxdığı azərbaycanlı boksçunu bir yumruğu ilə yerə sərmişdi. Sözügedən səhnə hər iki ölkədə birmənalı qarşılanmamışdı.

Ekran işinə ilk etiraz edən Giresun Universitetinin Azərbaycan kökənli professoru Aygün Attar olmuşdu. O, boks səhnəsində azərbaycanlının təhqir olunduğunu və bunun iki qardaş ölkənin münasibətlərinə uyğun olmadığını bildirmişdi.

Etirazlardan sonra Şahan Gökbahar boks səhnəsinin filmdən çıxarıldığını açıqlamışdı.

Tarix
2017.02.14 / 15:32
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Makron bundan zəif görünə bilməzdi - Britaniya mediası

Kirantsda Azərbaycan sərhədinin keçdiyi yer - Video

Latviya parlamentinin sədri Bakıya gəldi

İslamzadənin təyinatının səbəbi: Bu proses tamamlandı

Hacıyev Sülh İnstitutunda ABŞ-la tərəfdaşlığıı müzakirə etdi

Zakir Həsənov polkovniki işdən çıxartdı

Zəngilanın yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

Prezident və xanımı Zəngilan məscidinin açılışında

Onlar İsa Qəmbərin müavini oldu, Arif Hacılı isə...

Makron yubiley keçirir, Rusiyanı dəvət etdi - ABŞ şokda…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla