Yuxarı

“Xocalı. Matəm. Ekran” sənədli film günləri keçirilir

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Xocalı. Matəm. Ekran” sənədli film günləri keçirilir

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunan “Xocalı. Matəm. Ekran” sənədli film günləri keçirilir.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından Axar.az-a verilən məlumata görə, film günləri çərçivəsində fevralın 24-də Nizami Kino Mərkəzində “Natiq Qasımov” və “Batalyon” sənədli filmləri nümayiş etdirilib. Filmlər Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında Azərbaycan Prezidentinin müvafiq sərəncamına uyğun olaraq ölkədə və xaricdə tədbirlər keçirilir.

Ə.Vəliyev tarixən ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırım və qətliamlardan, soydaşlarımızı öz ata-baba yurdlarından didərgin salmasından danışıb. O vurğulayıb ki, XX əsr bəşər tarixində ən dəhşətli hadisələrdən olan Xocalı faciəsi azərbaycanlıların yaddaşından silinməyəcək. Nazir müavini elan olunmamış müharibə zamanı düşmən tərəfindən mədəni Azərbaycanın sərvətlərinin, o cümlədən muzeylərin, teatrların, kitabxanaların, musiqi məktəblərinin, parkların viran edildiyini söyləyib. Ə.Vəliyev teatr xadimlərinin, rejissorların, rəssamların Qarabağ mövzusuna, orada döyüşmüş igid vətən övladlarının qəhrəmanlıqlarına hər zaman müraciət etdiyini diqqətə çatdırıb.

Azərbaycan xalqının qəhrəman oğlu Natiq Qasımovdan bəhs edən sənədli film Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Filmin ssenari müəllifi və rejissoru Elçin Musaoğlu, operatoru Rauf Qurbanəliyev, icraçı prodüseri Emil İbrahimov, prodüseri Müşfiq Hətəmovdur.

“Yaddaş” sənədli filmlər studiyasında lentə alınan “Batalyon” filmi Tərtər batalyonunun Qarabağ müharibəsi zamanı keçdiyi şərəfli döyüş yolundan bəhs edir. Ekran əsərinin ssenari müəllifi və rejissoru Nizami Abbas, operatoru Üzeyir Abbas, bəstəkarı Rauf Əliyev, icraçı prodüseri Abdulnəsir Kutiyev, prodüseri Cavid İmamverdiyevdir.

Tədbir çərçivəsində Nizami Kino Mərkəzinin foyesində Xocalı faciəsinə həsr olunmuş kitab və foto sərgiləri də təşkil edilib.

Tarix
2017.02.25 / 17:03
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana qardaş ölkə “rəqiblə” dost olur - Səbəb

Bu ölkə Azərbaycanda səfirlik açır - Tarix

Bayramovdan TRİPP layihəsi ilə bağlı mühüm açıqlama

SOCAR-ın YDM-lərindən istifadə edirəm – ATƏT sədri

ATƏT məkanında qeyri-sabit vəziyyət hökm sürür...

İranla əlaqəli şəbəkələr onlardan Bakıya qarşı istifadə edir

Bayramov ATƏT sədri ilə görüşdü

Bakı dərhal hərəkətə keçdi, İsrail prosesi dayandırdı

Ermənistanın İrana ərazi iddiası... - Erməni deputat

Türkiyənin olmadığı masada… - Hikmət Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla