Yuxarı

İranlı rejissorun Qarabağla bağlı filmi - Foto

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranlı rejissorun Qarabağla bağlı filmi - Foto

Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə iranlı rejissor Möhsün Hadinin Qarabağ müharibəsinə həsr olunan “Arazın dayaz günü” adlı filminin təqdimat mərasimi keçirilib.

Qurumdan musavat.com-a verilən məlumata görə, 70 dəqiqəlik film İranda ilk təşəbbüsdür. Film İranda nümayiş etdirilib və rəğbət qazanıb.

Təqdimatda QAT sədri Akif Nağı, filmin rejissoru Möhsün Hadi çıxış edərək film haqqında məlumat veriblər, Qarabağ həqiqətlərinin təbliği üçün bu cür təşəbbüslərin əhəmiyyətindən danışıblar.

Qeyd olunub ki, film Azərbaycan dilində səsləndirilib, eyni zamanda fars dilində titrlərlə təmin olunub. Filmdə Qarabağ müharibəsinin həqiqi səbəbləri, gedişi, erməni işğalının nəticələri, Xocalı və digər faciələr konkret faktlarla əks etdirilib.

Tədbirdə film tam həcmdə nümayiş etdirilib. Nümayişdən sonra tədbir iştirakçılarından İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndəsi Həsən Quli, ictimaiyyət təmsilçiləri Hacı Hacağa Nuri, Rövşən Əhmədli, Sultan Əzimzadə, Jalə Cəfərova, Qurban Cəbrayıl və digərləri çıxış edərək film haqqında fikirlərini bildirib, müəllifə təşəkkür ediblər.

Qeyd edək ki, filmin İran televiziyalarında nümayişi nəzərdə tutulur.

Tarix
2017.07.24 / 21:57
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

İlham Əliyev və Ramzan Kadırov Ağ Şəhərdə... - Foto

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Rusiya və İranın zəifləməsi Azərbaycana sərf edər

Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir

Konqresdən Bakıya erməni müraciəti - MM-in cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla