Yuxarı

Hər bir azərbaycanlının unutmadığı kadrlar - Foto

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hər bir azərbaycanlının unutmadığı kadrlar - Foto

Bu gün Azərbaycanda Milli Kino Günüdür.

Kult.az xatırladır ki, Azərbaycan kino sənətinin tarixi 1898-ci il iyunun 21-dən başlayır. 1915-ci ildə çəkilişinə başlanılan İbrahim bəy Musabəyovun “Neft və milyonlar səltənətində” romanı əsasında eyniadlı bədii film ilk filmimiz olub.

1916-cı ildə Bakıda Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettası əsasında isə ilk Azərbaycan kinokomediyası çəkilib. “Səmt küləyi” (1973) filmi Azərbaycan kinosunun tarixində xarici ölkə studiyası ilə birgə yaradılan ilk əsərdir. “Əlaqə” adlı ilk fantastik filmimiz 1989-cu ildə lentə alınıb.

“Atları yəhərləyin”, “İşarəni dənizdən gözləyin”, “Nəsimi”, “Nizami”, “Babək”, “Dədə Qorqud” tarixi mövzulu, “Bir qalanın sirri”, “Sehirli xalat”, “Qərib cinlər diyarında”, “Mən mahnı qoşuram”, “Qaladan tapılan mücrü” isə uşaqlar üçün nəzərdə tutulmuş filmlərimizdəndir.

Qeyd edək ki, Milli Kino Günü ümummilli lider Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə hər il avqustun 2-də qeyd olunur.

Tarix
2017.08.02 / 14:01
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

İlham Əliyev və Ramzan Kadırov Ağ Şəhərdə... - Foto

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Rusiya və İranın zəifləməsi Azərbaycana sərf edər

Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir

Konqresdən Bakıya erməni müraciəti - MM-in cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla