Yuxarı

Musiqiçilərimiz Rusiyada tarix yazacaq

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Musiqiçilərimiz Rusiyada tarix yazacaq

Noyabrın 28-29-da Rusiya Dövlət Akademik Böyük Teatrında Jorj Bizenin “Karmen” operası nümayiş etdiriləcək.

Axar.az xəbər verir ki, noyabrın 29-da səhnə əsərində Mikaelanın partiyasını Azərbaycanın Əməkdar Artisti Dinara Əliyeva (soprano), Eskamilyonun partiyasını Əməkdar Artist Elçin Əzizov (bariton) ifa edəcək.

Dinara Əliyeva 2009-cu ildən Rusiyada Böyük Teatrın solistidir. O, dünyanın məşhur opera teatrı səhnələrində və konsert zallarında çıxış edib. İfaçının 2010-cu ildə Bakıda məşhur tenor Plasido Dominqo ilə birgə konserti olub. Onun C.Verdinin anadan olmasının 200 illiyi münasibətilə Fransanın Kolmar və Çexiyanın Praqa şəhərlərində “GalaVerdi” adlı solo konsertləri böyük uğurla keçib. Bu il Moskvada Dinara Əliyevanın "Opera Art" İkinci Beynəlxalq Musiqi Festivalı keçirilib.

E.Əzizov 2008-ci ildən Böyük Teatrın solistidir. O, Pyotr Çaykovskinin “İolanta” və “Qaratoxmaq qadın”, Sergey Prokofyevin “Üç portağal sevgisi”, N.A.Rimski-Korsakovun “Çar gəlini”, Jorj Bizenin “Karmen”, Modest Musorqskinin “Boris Qodunov”, Cüzeppe Verdinin “Traviata”, “Don Karlos”, Aleksandr Borodinin “Knyaz İqor” operalarında yaddaqalan obrazlar yaradıb.

Tarix
2017.08.04 / 23:42
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

İlham Əliyev və Ramzan Kadırov Ağ Şəhərdə... - Foto

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Rusiya və İranın zəifləməsi Azərbaycana sərf edər

Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir

Konqresdən Bakıya erməni müraciəti - MM-in cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla