Yuxarı

Məşhur serialda tariximizdən götürülən hadisə - Video

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur serialda tariximizdən götürülən hadisə - Video

Dünyanın ən reytinqli serialı "Taxtların oyunu"nun (“Game of Thrones”) yeddinci mövsümünün epizodlarından biri Azərbaycanda 1920-ci ildə baş verən hadisə əsasında ekranlaşdırılıb.

Azvision.az xəbər verir ki, bunu “İndepented” nəşrinə müsahibəsində serial üçün geyimlər hazırlayan britaniyalı dizayner Mişel Klepton bildirib.

Söhbət Deyeneris Targaryanın dotrakilərin dəstəyi ilə Lannistrlərin qoşunlarını məhv etdiyi yeddinci mövsümün beşinci seriyasından gedir.

“Bu, döyüş meydanında dotrakilərin Lannisterləri məğlub etdiyi vaxt baş verir. Onlar ilk dəfə məğlub olan düşmənlərin paltarlarını çıxardırlar. Azərbaycanda yaşanan rus işğalı zamanı döyüş iştirakçılarının düşmən üzərindən yaxşı paltoları götürməsi ideyası mənim çox xoşuma gəldi. Müharibənin sonlarında bolşevikləri demokratlardan ayırmaq olduqca çətin idi. Çünki onlar bir-birilərinin geyimlərini oğurlayırdılar. Bu ideya xoşuma gəldi. Dotrakilər onların palto və zirehlərini götürürdülər. Düzdür, zireh onlara elə də lazım deyildi, amma palto onları istidə saxlayırdı. Mən sadəcə göstərmək istədim ki, qaliblər ən yaxşıları özlərinə götürürlər. Onların belə fərqli olmasına baxmayaraq müharibədə hamı eynidir”.

Qeyd edək ki, "Taxtların oyunu"nun geyimlər üzrə rəssamı Mişel Klepton “Əli və Nino” filmi üçün obrazlar yaradıb. Görünür, XX əsrin əvvəllərində baş verən hadisələr haqqında məlumatı da o zaman filmin kostyumları üzərində çalışarkən öyrənib.

Tarix
2017.08.28 / 18:50
Müəllif
Kult.az
Digər xəbərlər

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

Deputatın şok sərvəti üzə çıxdı

Kəlbəcər sakinlərinə xoş xəbər

Paşinyan Göyçə gölündə çimdi - Video

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

Həyat yoldaşımla Şuşada daha çox qalmaq üçün... - Səfir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla