Yuxarı

"Pana Film" təkzib etdi - Yenilənib

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Pana Film" təkzib etdi - Yenilənib

"Qurdlar Vadisi"ndə işlər qarışıb. Yayılan məlumatlara görə, serialın iki ssenaristi çəkilişlərdə iştirak etməkdən imtina edib.

Türkiyənin ən uzunömürlü serialı olan "Qurdlar Vadisi – Pusu"da anlaşılmazlıqlar baş verib. Baş verənlər haqqında dəqiq məlumatlar olmasa da, serialın çəkilişlərinə təsiri özünü açıq şəkildə biruzə verib.

"Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərdə bildirilir ki, 204-üncü bölümdən sonra Raci Şaşmazın ssenari qrupundan ayrıldığı iddia edilirdi. Bütün bu xəbərlər yayıldıqdan sonra çalışqan ssenaristin filmdən ayrılıb-ayrılmadığı haqqında dəqiq məlumatlar yoxdur.

Qeyd edək ki, "Qurdlar Vadisi" pərəstişkarları bu həftə serialın yeni bölümünü gözləsələr də, "yazete.com" tərəfindən yeni bölümün çəkilməyəcəyi bildirilib və serialın taleyi sual altındadır.

02:55

"Axar.az" xəbər verir ki, mətbuatda yayılan "Qurdlar Vadisi Pusu serialının ssenaristlərinin ayrılması barədəki xəbərlərə "Pana Film"dən açıqlama gəlib.

"Pana Film"in açıqlamasını olduğu kimi təqdim edirik:

"Bu gün bəzi saytlarda şirkətimizin ssenari qruplarıyla bağlı yayılan xəbərlər bağlı açıqlama vermək məcburiyyəti yaranıb.

1. Bahadır Özdener və Cüneyt Aysan "Pana Film"in ortaqlarıdır və şirkətimizdən ayrılmalarından söhbət belə gedə bilməz.

2. 10 ildən çoxdur ki, davam edən türk televiziya tarixinin ən uzun ömürlü və ən çox izlənən layihəsi olan "Qurdlar Vadisi Pusu" serialının ssenari qrupunda bəzən dəyişikliklərin olması həm zəruri həm də təbiidir. Bu dəyişikliklər bəzən "qan təzələmək" üçün, bəzən də yorğunluqdan ola bilir. Layihənin hər pilləsində baş verən bu dəyişiklik bir ay əvvəl serialın ssenari qrupunda da gerçəkləşib.

Bahadır Özdener və Cüneyt Aysan serialımızın ssenari qrupundakı vəzifələrini öz istəkləriylə digər ssenarist dostlarına həvalə ediblər. "Qurdlar Vadisi Pusu" hər həftə artan performanslarıyla uzun müddətli "qaçışına" davam etməkdədir.

İctimaiyyətə sayğılarla".

Tarix
2013.11.30 / 01:53
Müəllif
Fatimə İbrahimova
Digər xəbərlər

Cövdət Yılmaz Azərbaycana gəldi

Elxan Mikayılov işdən çıxarıldı

Putin bunu istədi, Paşinyan açıq şəkildə rədd etdi

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq

Əli Əsədov TDT baş katibi ilə görüşdü

Daha bir ölkənin baş naziri Azərbaycana gəldi

İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar

“Urban Expo” sərgisinə qeydiyyat müddəti uzadıldı

Bu, Paşinyanla Əliyevin sayəsində mümkün olub - Putin

Bakı və Türkmənbaşı limanları əməkdaşlığı genişləndirir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla