Yuxarı

“Zəhər tuluğu”nun Qazaxıstanda qala gecəsi keçirildi

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Qazaxstanın Almatı şəhərində “KinoPark” kinoteatrlar şəbəkəsinin "Esentai Mall"da yerləşən zalında Orxan Mərdanın və Taleh Yüzbəyovun rejissorluğu ilə ərsəyə gələn “Zəhər tuluğu” filminin Qala gecəsi keçirilib.

Kult.az xəbər verir ki, tədbirdə filmin prodüseri və rejissoru Orxan Mərdan, filmin rejissoru və baş rolun ifaçısı Taleh Yüzbəyov, aktyorlar Əlixan Rəcəbov, Ləman Mərrih, Qazaxstanın kino və incəsənət nümayəndələri, Azərbaycanın Qazaxstandakı nümayəndəliyinin üzvləri iştirak edib.

Filmin xarici ölkələrdə satışı və tanıdılması prodüser Orxan Mərdanın təşəbbüsü ilə baş tutub. Prodüser Qazaxstanda baş tutan Qala gecəsindən çox razı qalıb:

“Taleh Yüzbəyovla birlikdə çəkdiyimiz və ölkəmizdə maraqla qarşılanan “Zəhər tuluğu” filminin dünya kino bazarına çıxarılmasında, Azərbaycan kinosunun dünyada təbliğində ilk gündən maraqlıyam. Bununla bağlı təklifləri və təşəbbüsləri dəyərləndiririk. Hazırda film “KinoPark” kinoteatrlar şəbəkəsinin xətti ilə, Qazaxstanın onlarla şəhərində, rus dilində nümayiş olunmağa başlayıb. Bu gün təşkil edilən Qala gecəsi də çox maraqlı və anşlaqla keçdi. “Zəhər tuluğu” ilk Azərbaycan filmidir ki, xarici ölkədə Qala gecəsi keçirilir. Çox qürurluyam ki, Azərbaycan kinosunu dünyaya çıxarmaq təşəbbüsüm uğurlu alındı. Eyni zamanda sevinirəm ki, ölkə xaricində kinoteatrlarda satışa çıxarılan ilk film müstəqil kinomuzu təmsil edir. Bu tədbirin baş tutmasında bizə dəstək olan hər kəsə, xüsusilə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə, Azərbaycanın Qazaxstandakı nümayəndəliyinə minnətdarlığımı bildirirəm. İlin sonuna kimi filmin bir neçə xarici ölkədə nümayişi gözlənilir”.

Xatırladaq ki, ssenari müəllifləri Taleh Yüzbəyov, Orxan Mərdan, Pərviz Həsənov və Cəlil Cavanşir olan, Taleh Yüzbəyovun və Orxan Mərdanın rejissorluğu ilə çəkilən, baş rollarda Taleh Yüzbəyov, Ləman Mərrih, Əlixan Rəcəbov, Nəzakət Heydərova, Cavidan Novruz, Səidə Quliyeva, Rasim Cəfər, Zülfiyyə Qurbanova və Hüsniyyə Mürvətovanın çəkildiyi film pandemiyadan sonra ölkəmizdə böyük rezonans yaratmışdı.

Film Azərbaycanın son dövrlər ən populyar və uğurlu filmlərindən biri hesab olunur. Hazırda əsər “Hər kəs üçün kino” layihəsi çərçivəsində ölkəmizin rayonlarında da nümayiş etdirilir.

Tarix
2022.05.21 / 10:52
Müəllif
Kult.az
Digər xəbərlər

ABŞ-ın Zəngəzur planı - İrəvandan rəsmi cavab

Səfərov və Lalayev apellyasiya şikayəti verdi

Ekstrasensdən sevindirici proqnoz: 2027-ci ildə…

Bakı böyük oyuna girdi: Ərdoğan, Əliyev və Nikol birgə...

Azərbaycanla dostlaşmağın yolu... - Rusiyalı senator

Bakı-Moskva münasibətlərini bu ölkə korladı – Özər

Əliyev və Paşinyan Dubayda görüşə bilər

Qırğızıstan prezidenti Moskvadan Azərbaycana yola düşdü

Bu yer atam tərəfindən ayrılıb - İlham Əliyev

Mirziyayev Əliyevi təbrik etdi: Böyük futbola bir addım... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla