Yuxarı

Rüstəm İbrahimbəyovun qızından yeni təklif

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rüstəm İbrahimbəyovun qızından yeni təklif

MDB və Baltikyanı ölkələrin kinematoqrafçılarının daxil olduğu "Kinematoqrafçılar İttifaqları Konfederasiyası" ictimai birlikləri Beynəlxalq İttifaqı 1991-ci ildə Rüstəm İbrahimbəyovun təşəbbüsü ilə yaradılıb və SSRİ kinematoqrafçılar birliyinin hüquqi varisidir.

Kult.az xəbər verir ki, bu barədə Teleqraf.com-a məşhur kinodramaturq Rüstəm İbrahimbəyovun qızı, azərbaycanlı aktrisa, rejissor və ssenarist, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Fatimə İbrahimbəyova bildirib.

"26 oktyabr 2021-ci il tarixində Konfederasiya Şurasında mən bu təşkilatın icraçı direktoru seçildim. Moskvada "Şərq-Qərb" beynəlxalq kino mükafatı çərçivəsində biz Kinematoqrafçılar İttifaqları Konfederasiyasının 30 illiyini təntənəli şəkildə qeyd etdik.

Konfederasiya bütün bu illər ərzində aparıcı kinematoqrafçıların kino inkişafının aktual məsələləri və yaradıcılıq əlaqələrinin qorunması üzrə beynəlxalq forum və seminarlar keçirirdi. Bu müddət ərzində MDB və Baltikyanı ölkələrin gənc kinematoqrafçılarının beynəlxalq kino məktəbi də fəal işləyıb.

Təəssüf ki, iqtisadi böhranlar, pandemiya, müharibələr və digər amillər dost Kinematoqrafçılar İttifaqları arasında ənənəvi yaradıcılıq əlaqələrinin zəifləməsinə və hətta dağılmasına gətirib çıxardı", - deyə o bildirib.

Fatimə İbrahimbəyovanın sözlərinə görə, bütün bu hadisələrin fonunda Konfederasiyanın yenidən təşkili və onun əsasında yeni ictimai struktur yaradılması ideyası ortaya çıxıb: "Məsələn, türkdilli ölkələrin Kinematoqrafçılar İttifaqları Konfederasiyası: Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Türkmənistan. Bu təşkilatın mənzil-qərargahı isə Bakıda Azərbaycan Kinematoqrafçılar İttifaqının nəzdində ola bilər.

Əgər ittifaqımızın İdarə heyəti mənim bu təşəbbüsümü yaxın iclasda dəstəkləyərsə, payızda Bakıda altı türkdilli ölkənin Kinematoqrafçılar İttifaqları Konfederasiyasının birinci Forumunu təşkil edə bilərik.

Azərbaycan Kinematoqrafçılar İttifaqının bu mədəni-ictimai təşkilatının yaradılmasında və işində fəal iştirak edəcəyinə çox ümid bəsləyirəm və düşünürəm ki, bu hadisə dost ölkələrin kinematoqrafçıları arasında yaradıcılıq əlaqələrinin bərpasına kömək edəcək".

Tarix
2022.06.14 / 20:14
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla