Kinofilmlər açıq qapı kimidirlər və hər birinin
qarşısında xarakter və həyatımı dəyişirəm... Mən həmişə bü günlə
yaşayıram. Bu riski gözə alıram. Mən keçmişi inkar etmirəm, ancaq
bu, artıq keçilmiş səhifədir.
Körpənin dünyaya gəlişi gözəl çiçəklər olan güldana bənzəyir.
Yalnız bu güldan siz özünüzsünüz və həm də çox qısa bir müddətə.
Güllər çox gözəldirlər, onlar güldana deyil, özlərinə
məxsusdurlar.
Mən dahi fransız deyiləm. Jorj Sand, Marqerit Düras və Simon de
Bovuar – bax dahi fransızlar bunlardır.
1985-ci ildə Kann kinofestivalında Simon Sinor mənə əl eləyəndə
başa düşdüm ki, ulduz olmuşam.
Aktyor oyunu soğan təmizləməyə bənzəyir. Yenişini kəşf etmək
üçün üst qatını soymaq lazımdır.
Mən siyasi və sosial filmlərdə çəkilmək istəyirəm. Çağırış,
mesaj, ideya olan filmlərdə... Sual verməyə cəsarəti çatan
filmlərdə...
Əgər ulduz işıq saçandırsa, mən ulduz ola bilərəm. Yox, əgər
ulduz pulun və jurnal üzlərinin yedəyində gedirsə, bu iyrəncdir və
mən bunu istəmirəm!
Mənim ən erkən xatirələrim tənhalıq haqqındadır. Bununla yaşamaq
çətindir.
Mənə dörd dəfə evlilik təklifi ediblər. İki dəfə
münasibətlərimizin başlanğıcında, ikinci dəfə isə sonunda. Heç vaxt
"yox" deməmişəm. Sadəcə, cavab verməmişəm!
"Cənubi Afrikada/Mənim ölkəmdə" (Going to South Africa/Country
of My Skull (2004) filmi məni tamamilə dəyişdi. Mən təsəvvür
edilməsi mümkün olmayan qəddarlığı və nifrəti gördüm. Ancaq həm də
elə bir sülh və dinclik gördüm ki, yer üzünün başqa heç bir yerində
ola bilməz.
Anam üçün məni internata vermək yəqin ki, çox
çətin olub. Ancaq başqa cür mümkün deyildi. O, atamdan ayrılmış,
sonra isə universitetə qayıtmışdı – həyatına davam etməli idi! Ona
kin saxlamıram. Yəqin ki, mənə diqqət az olub, lakin fikrimcə, bu
məni daha güclü edib. Həyatda əzab çəkməmək üçün buna təhsil
prosesi kimi baxmaq lazımdır. Bütün bunları məhz belə qəbul
edirəm!
Heç vaxt özümü gözəl hiss etməmişəm. Bu, uşaqlıqdan gəlmə bir
şeydir. Bizim evdə güzgü olmayıb, odur ki, özümü heç vaxt
görməmişdim. Anam da heç vaxt deməmişdi ki, əzizim, sən elə
gözəlsən ki!
Qadın 40 yaşında daha cazibədar olur. Məgər siz belə
düşünmürsünüz? Yox? Məgər sizə elə gəlmirmi ki, məhz bu yaşda siz
özünüz olursunuz? 20 yaşında mən hamının xoşuna gəlməyə çalışırdım,
40 yaşında isə hər şey tamam başqa cürdür.
Həyatda heç nəyə təəssüflənmirəm. Bu mənim həyatımdır.
Mənim gerçək həyatım! Hər nə etmişəmsə, öz seçimim olub. Və
mənimçün həyat bir dövrədir, bir gün yenə sənə qayıdacaq. Odur ki,
kədərli anlarda bilin - arzular da, inam da bir daha sənə dönəcək.
Lap ay kimi, gedir ki, yenidən gəlsin".
Jülyet Binoşun Rusiyanın "Psixologiya" (Psychologies)
jurnalının birinci nömrəsinə verdiyi müsahibədən:
- Ən böyük təəssüf hissini nə vaxt
keçirmisiniz?
- Yəqin ki, valideynlərimin bir daha heç vaxt bir yerdə
olmayacağını başa düşəndə.
- Özünüzdə nəyi dəyişmək istəyərdiniz?
- Onsuz da fasiləsiz dəyişirəm.
- Hansı əşyanıza xüsusi bağlılığınız var?
- Şərfimi çox sevirəm, məni isti saxlayır.
- Vücudunuzda daha çox nəyi bəyənirsiniz?
- Elə bir şeyi ki, onun haqqında düşünməmək olar.
- Bəs nəyi bəyənmirsiniz?
- Haqqında düşünməyə başlayanda elə onu.
- Nəyin və kimin naminə həyatınızı qurban verə
bilərsiniz?
- Əlbəttə ki, uşaqlarımın naminə.
- Nəyi onlara heç arzulamazdınız?
- Asılılığı. İstənilən formada olan asılılığı.
- İş tamamilə əldən gedəndə onu geri qaytarmaq üçün
xüsusi vasitəniz varmı?
- Bəli! Bu mənim dietoloqum madam Jestin hazırladığı tərəvəz
bulyonudur.
- Necə ölməyə üstünlük verərdiniz?
- Xoşbəxt. (Gülür).
- Əgər reinkarnasiya mövcud olsaydı, hansı simada geri
dönmək istəyərdiniz?
- Düşünmürəm ki, ikinci dəfə qayıtmaq istəyərdim...