Yuxarı

Almaniyada qarşıdurma: helikopter cəlb olundu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Almaniyada qarşıdurma: helikopter cəlb olundu

Almaniyanın Hannover şəhərində iki qrup arasında silahlı qarşıdurma baş verib.

Axar.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Polisin məlumatında bir neçə nəfər arasında başlayan mübahisənin qısa müddətdə silahlı qarşıdurmaya çevrildiyi, bir neçə dəfə atəş açıldığı bildirilib. Nəticədə bir nəfər aldığı güllə yarasından hadisə yerində ölüb, bir neçə nəfər isə xəsarət alıb. Yaralıların sayı və vəziyyəti barədə məlumat verilməyib.

Polis hadisə yerinin yaxınlığında bir nəfəri şübhəli şəxs qismində saxlayıb. Onun insidentdə iştirak edib-etmədiyi araşdırılır. Hazırda ərazidə əməliyyat-axtarış və istintaq tədbirləri davam edir. Hadisə yerinə polis helikopteri cəlb olunub.

Tarix
2025.10.23 / 01:38
Müəllif
Axar.az
Digər xəbərlər

Ankarada Azərbaycanı “xilafət”ə çağırdılar - Video

AKP-nin böyük yanlışı: Bakıya X-də söz atmaq...

İran səfirindən "Səhər Azəri"nin yaydığı görüntüyə reaksiya

Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun

Şövkət Mirziyayev sabah Azərbaycana gəlir

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla