Yuxarı

Arzu Əliyeva Hadrutla bağlı filmin təqdimatında - Foto

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Arzu Əliyeva Hadrutla bağlı filmin təqdimatında - Foto

"Hadrut, sən azadsan!" sənədli filminin təqdimatı keçirilib.

Kult.az xəbər verir ki, filmin təqdimat mərasimində Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Müdafiə Nazirliyinin kollektivi, mədəniyyət və incəsənət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sənədli film Azərbaycan Respublikası Kino Agentliyinin sifarişi ilə Bakı Media Mərkəzi və “Azərbaycanfilm” kinostudiyası tərəfindən istehsal edilib.

Filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, ssenari müəllifi Rasim İsmayılov, quruluşçu rejissoru Cavidan Şərifov, quruluşçu operatorları Ziya Babayev və Əli Əliyevdir.

Filmdə 44 günlük Vətən müharibəsinin parlaq səhifələrindən olan Xocavənd rayonunun Hadrut qəsəbəsinin düşmən işğalından azad olunması (9 oktyabr) əməliyyatından bəhs edilir. Əməliyyata qərar verilməsindən əməliyyatın sona çatmasına qədər proseslər bütün detallarına qədər real olaraq canlandırılıb.

Çəkilişlər əməliyyatın keçirildiyi məkanlarda aparılıb və məhz həmin döyüşlərdə birbaşa iştirak etmiş döyüşçülər filmdə yer alıb.

Film boyu real döyüş kadrları ilə bərabər, bütün qoşun növlərinin, əsasən də xüsusi təyinatlıların aparıcı rol oynadığı hərbi proseslərdə hərbi fəndlər, döyüş səhnələri imitasiya olunaraq lentə alınıb.

Tarix
2023.12.22 / 19:43
Müəllif
Kult.az
Digər xəbərlər

Simonyan Azərbaycana gəlir

Rəsmi Bakıdan Fransaya sərt reaksiya: Qəbuledilməzdir!

Tramp-Putin-Szinpin görüşü: Yalta-2 olacaqmı?

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla