Yuxarı

Yeni birlik - TÜRKFİLM yaradıldı

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni birlik - TÜRKFİLM yaradıldı

Özbəkistanın paytaxtı Daşkənddə Türk Dünyası Kino Rejissorları Birliyinin (TÜRKFİLM) yaradılması ilə bağlı niyyət bəyannaməsi imzalanıb.

Kult.az xəbər verir ki, sənəd Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) təşkilatçılığı ilə keçirilən tədbirdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və TÜRKSOY rəsmilərinin iştirakı ilə imzalanıb.

Qeyd edilib ki, birliyin yaradılmasında əsas məqsəd türk kino sənayesinin maraqlı tərəflərinin ehtiyac duya biləcəyi mövzulara dəstək vermək, türk dünyasının zəngin mədəni irsini əks etdirən əsərlərin istehsalını təşviq etmək, türk xalqlarının birlik və qardaşlığını gücləndirmək, kino sahəsində mövcud bilik və təcrübələrin qarşılıqlı ötürülməsi, bu şəkildə ictimai, mədəni və iqtisadi inkişafı təmin etməkdir.

Qeyd edək ki, tədbirdə ölkəmizi Azərbaycan Kino Agentliyinin baş direktoru vəzifəsinin icrası Orxan Fikrətoğlu təmsil edib.

Tarix
2023.12.26 / 23:06
Müəllif
Kult.az
Digər xəbərlər

Simonyan Azərbaycana gəlir

Rəsmi Bakıdan Fransaya sərt reaksiya: Qəbuledilməzdir!

Tramp-Putin-Szinpin görüşü: Yalta-2 olacaqmı?

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla