Yuxarı

"Gündəlik"də səhv düşənlər: abırsız oluruq biz...

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan telekanalında ciddi film-serial görmək istəyimiz bu dəfə də boşa çıxdı. Söhbət vaxtaşırı bir epizodu ilə sosial şəbəkələrin mənfi mənada dilinə düşən “Gündəlik”dən gedir.

Bəs nədir onu uğursuz edən?

Əslində, bu serial “uğursuz sosial çarxlar”ın birləşməsindən yığılan və adını hələ qoymadığımız nəsə təzə məhsuldur.

Məşhur bir məsəl var: atamı tərifləmək üçün məni pisləməyə qəti ehtiyac yoxdur. Sən müəllim ləyaqətini, savadını göstərmək istəyirsənsə, mütləqdirmi ki, “reket jurnalist”dən istifadə edəsən və bunun “həllini” potetika və pafosun qabarıq şəkildə özünü gözə soxduğu “Otello monoloqu”nda “tapasan”? Hələ “teatral həllə” bax – tamaşaçı da “tapıb”, patetik monoloqdan sonra amfiteatrda əyləşdirilən məktəblilər çəpik çalır.

Bir o aktrisanın rejissor-ssenaristlə birgə “səhnəyə çıxıb”, əl çalanlara baş əyməsi çatmır.

Yaxud şəhid övladının xidmət obyektinin müdirinə keçdiyi dərs...

O qızın yazılan potetik mətni əzbərləmək üçün nə qədər əziyyət çəkdiyini və bəzi məqamlarda emosiyanı unudub, mətni xatırlamağa çalışdığını görməmək mümkünsüz!

Qardaşım, film anlayışını təhqir etmək üçün başqa variant ağlınıza gəlmədi?

Gəlməz, çünki bundan ötrü əvvəlcə filmin və ssenarinin nə olduğunu dərk etmək lazımdır.

Ssenari müəlliflərindən biri – bildiyim qədərilə - Qan Turalıdır. Sayğım var, savadlı, zəhmətkeş kadrdır. Ancaq yeri səhv düşüb – rəhmətlik Qabilin sözü olmasın!

Yer səhv düşəndə isə “abırsız oluruq biz...”

Ssenari tamamilə fərqli sahədir, hər istedad sahibi bunu bacarmaz, bacara bilməz. Ssenari üçün mütləq təhsil almalısan, öyrənməlisən – necə ki, anadangəlmə fizik, geofizik doğulmaz, bundan ötrü bu sahənin təhsilini almaq vacibdir!

O ayrı məsələ ki, təhsil alanların heç də hamısı möhtəşəm iş ortaya qoya bilmir – necə ki, hər təhsil alan Azad Mirzəcanzadə, Lütfi Zadə, Rafiq Əliyev... olmur.

İnsanlar etiraz edir, çünki vizual həll görmürlər, burdakı “həll” ən yaxşı halda bədii həlldir, mətndir. Bu “ali dəyərlərə xidmət edən” mövzu-mətn vizuallaşmayıb, ekran həllini tapmayıb. Ona görə də aktyorlar, aktrisalar da bu obrazları yaratmaqda çətinlik çəkirlər, çaşırlar, sözləri unudurlar və ortaya eybəcər kadrlar çıxır.

Ümumiləşmə yoxdur – “reket”lərin, elə o “müəllimin” simasında!

O müəllimin o epizodda yaşı da doğru seçilməyib. Rejissor o epizodu bir ixtiyar, müdrik pedaqoqun tamamilə fərqli öyüdü üzərinə keçirsə, bəlkə də fərqli bir mənzərə yaranardı – bəlkə də ha!

Yəni rejissor işi də sıfır!

Niyə bu ölkədə hamı elə düşünür ki, çilingər olmaq üçün mütləq usta yanında bir neçə il şagird olmaq və yaxud peşə məktəbini qurtarmaq lazımdır, ancaq ssenarist olmaq üçün heç bir təhsilə ehtiyac yoxdur?

Niyə gedib təhsil almırsınız, oxumursunuz, öyrənmirsiniz, bir nəhəng rejissora assistentlik edib, təcrübə toplamırsınız? Niyə sizə elə gəlir ki, kameranın qırmızı və yaşıl düyməsini basmağı öyrənən kimi film çəkə, yaxud iki kitab yazan kimi ssenari yaza bilərsiniz?

Tarix
2024.03.29 / 15:31
Müəllif
Orxan Saffari
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla