Yuxarı

Ermənistan Naxçıvanla bağlı bu tələbi qəbul etdi - Əsədov

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistan Naxçıvanla bağlı bu tələbi qəbul etdi - Əsədov

Birgə Bəyannamədə yer alan mühüm müddəalardan biri regionda nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlıdır.

Axar.az APA-ya istinadla xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tarixi Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda bildirib.

Baş nazir deyib ki, bu, təkcə ikitərəfli münasibətlərin möhkəmlənməsi deyil, həm də regionun qlobal iqtisadi və nəqliyyat xəritəsində Azərbaycanın rolunun daha da artması deməkdir:

“Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə keçirilən üçtərəfli sammit bunun bariz təzahürüdür. Bu görüşün yekununda imzalanmış üçtərəfli Birgə Bəyannamə Azərbaycanın irəli sürdüyü və uzun illər ərzində təşviq etdiyi sülhün beynəlxalq səviyyədə geniş dəstək qazandığını və rəsmən qəbul olunduğunu nümayiş etdirir. Regionda sülhün bərqərar olması üçün vacib siyasi çərçivə formalaşdıran bu sənəd, eyni zamanda gələcək qarşılıqlı anlaşmanın əsasını təşkil edir. Birgə Bəyannamə çox əhatəli bir sənəd olmaqla təkcə iki ölkənin uzun illər davam edən silahlı qarşıdurmasına son qoyan sənəd deyil, həm də Azərbaycan xalqının tarixi ədalət uğrunda mübarizəsinin nəticəsi, dövlətimizin siyasi-diplomatik gücünün və beynəlxalq nüfuzunun ifadəsidir. İllərdən bəri kağız üzərində qalmış BMT qətnamələrini özü həyata keçirmiş, haqq-ədaləti hərb yolu ilə, şəhidlərinin qanı hesabına bərpa etmiş Azərbaycan Ermənistanla sülh müqaviləsinin müəllifi kimi çıxış edərək, münaqişənin siyasi müstəvidə də nöqtəsini qoydu”.

Əli Əsədov qeyd edib ki, Vətən müharibəsindən sonra Prezident İlham Əliyev dəfələrlə qətiyyətlə bəyan edib ki, Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidi təmin edilməlidir:

“Bütün çətinliklərə, fikir ayrılıqlarına və müxtəlif mövqelərə baxmayaraq Azərbaycan Prezidentinin bu tələbi də Ermənistan tərəfindən qəbul edildi. Vaşinqtonda imzalanmış sənəd açıq şəkildə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz və etibarlı əlaqənin təmin olunmasının vacibliyini vurğulayır. Bu məqsəd üçün ABŞ tərəfindən dəstəklənən xüsusi infrastruktur təşəbbüsü – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRİPP) nəzərdə tutulur. Bu, təkcə Azərbaycan üçün deyil, bütövlükdə regionun iqtisadi və geosiyasi xəritəsində əhəmiyyətli dəyişiklik yaradacaq. Öz adımdan və hökumət adından Vaşinqton zəfəri münasibətilə Azərbaycan Prezidentini və xalqını ürəkdən təbrik edirəm”.

Tarix
2025.08.26 / 15:09
Müəllif
Axar.az
Digər xəbərlər

Köçəryan Azərbaycana verilir? - Şərh

Bu şəxslərin hüquqları kobud şəkildə pozulub - XİN

İtaliya səfirliyi Bakıdan Tehrana qaytarıldı

İordaniya Nümayəndələr Palatasının sədri Bakıdadır

Bayramov Saidovla danışdı

Ermənistana daha 7 vaqon buğda göndərildi

Bu səfirin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla