Yuxarı

Hesablama Palatası 2026-cı il dövlət büdcəsinə rəy verdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hesablama Palatası 2026-cı il dövlət büdcəsinə rəy verdi

Hesablama Palatasının 2026-ci ilin büdcəsi ilə bağlı rəyi Milli Məclisə göndərilib.

Axar.az Palataya istinadən xəbər verir ki, bununla bağlı qərar Palatanın sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə keçirilən növbəti Kollegiya iclasındə qəbul edilib.

İclasda ilk olaraq Azərbaycanın 2026-cı il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının Rəyi müzakirə olunub.

Bildirilib ki, Rəy 2026-cı il üçün dövlət büdcəsinə dair Qanun layihəsinin və layihə ilə birlikdə təqdim olunan aidiyyəti sənədlərin qanunvericilik aktlarına uyğunluğu, nəzərdə tutulmuş dövlət büdcəsinin gəlirləri və xərcləri, büdcə kəsirinin proqnoz göstəricilərinin düzgünlüyü və tamlığı, həmçinin bu göstəricilərin əsas makroiqtisadi parametrlərə və ölkənin strateji sənədlərinə uyğunluğu barədə kənar dövlət maliyyə nəzarəti orqanının mövqeyini ifadə edir.

Müzakirələr zamanı Rəydə əksini tapan əsas məqamlar, aparılmış təhlillərin nəticələri və irəli sürülmüş tövsiyələr ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələrin yekunu olaraq Rəyin təsdiq edilməsi və Azərbaycan Respublikası Milli Məclisinə təqdim olunması qərara alınıb.

Daha sonra iclasda "Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında" Azərbaycan Respublikası Qanun layihəsinə və "İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanun layihəsinə Hesablama Palatasının Rəyləri müzakirə olunub.

Kollegiya üzvləri Rəylərdə əhatə olunan əsas məsələləri, aparılmış təhlillərin nəticələrini və irəli sürülən tövsiyələri nəzərdən keçiriblər. Müzakirələrin nəticəsində Rəylərin təsdiqlənərək Milli Məclisə göndərilməsi barədə qərar qəbul edilib.

Tarix
2025.10.31 / 15:43
Müəllif
Axar.az
Digər xəbərlər

Yaxın zamanda Zəngəzur dəhlizi açılacaq - Səfir

Azərbaycan və ABŞ strateji tərəfdaşlığı nəzərdən keçirir - Hacıyev

Ermənistan MTX-nin hərbi hissəyə basqını... - Nə baş verir?

İlham Əliyev gərginlik keçirən generallara deyir ki...

Nazirin həyat yoldaşı Azərbaycanla danışıqlara qatılır

Muradovun rəhbərlik etdiyi zavodda maaş qalmaqalı...

Erməni həmkarlarla birgə əhalini buna hazırlayırıq - Hacıyev

Zəfər Gününün beşinci ildönümü ilə bağlı bəyanat

Zəngəzur dəhlizinin Azərbaycan hissəsi nə vaxt tamamlanır?

Hər şeyi edəcəyik ki, Əliyev İrəvanda... - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla