Yuxarı

Nazirin həyat yoldaşı Azərbaycanla danışıqlara qatılır

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirin həyat yoldaşı Azərbaycanla danışıqlara qatılır

Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın həyat yoldaşı Qoar Abacyan Azərbaycanla kommunikasiyaların bərpası üzrə yaradılan komissiyanın üzvləri sırasına daxil edilib.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bununla bağlı qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb.

Qərara əsasən, Azərbaycan və Ermənistan arasında nəqliyyat və iqtisadi əlaqələrin bərpası ilə bağlı komissiyanın tərkibi yenilənib. Baş nazirin müavini Mger Qriqoryanın rəhbərlik etdiyi komissiyada xarici işlər nazirinin müavini Vaan Kostanyan, xarici işlər nazirinin həyat yoldaşı Qoar Abacyan və digər dövlət rəsmiləri yer alıblar.

Qeyd edək ki, Qoar Abacyan yaxın günlərdə İnvestisiyaların Təşviqi Mərkəzi Fondunun direktoru təyin olunub. Komissiyanın yeni tərkibində həmçinin Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi, Ali Məhkəmə Şurasının keçmiş sədri Karen Andreasyan da yer alıb.

Tarix
2025.10.31 / 19:29
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

Jirinovski demişdi: Türkiyəyə qarşı plan... - Video

Saleh Səmədova hökm oxundu

XİN rəhbərlərinin üçtərəfli görüşü keçirildi - Foto

Azərbaycanla bağlı bunu qarşıma məqsəd qoymuşam

Bu böhranların həllinə mane olan amillərdən biri... - Fidan

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq

Rusiyanın bir gündə 6 bombardmançısı məhv edildi

Bu, Nürnberq tribunalının analoqu idi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla