Yuxarı

Prezident Əminə Məhəmmədi qəbul etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident Əminə Məhəmmədi qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də BMT Baş katibinin müavini Əminə Məhəmmədi qəbul edib.

Axar.az xəbər verir ki, dövlət başçısı Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının keçirilməsi ilə bağlı göstərdiyi dəstəyə görə BMT rəhbərliyinə minnətdarlığını bildirdi, tədbirin uğurlu olması üçün Azərbaycan Hökumətinin və BMT-nin Məskunlaşma Proqramının bir komanda kimi fəaliyyət göstərdiyini dedi.

WUF13-ün COP29-dan sonra iştirakçı sayına görə ölkəmizdə keçirilən ikinci mühüm qlobal tədbir olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev COP29 kimi Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının da uğurla təşkil edildiyini vurğuladı.

Dövlət başçısı Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı ilə səmərəli əməkdaşlıq həyata keçirdiyini deyərək, ölkəmizin gələcəkdə də bu Proqramla tərəfdaşlığını davam etdirəcəyini və Ümumdünya Şəhərsalma Forumunun digər sessiyalarının işində də fəal olacağını bildirdi.

Əminə Məhəmməd BMT-nin Baş katibi Antonio Quterreşin salamlarını dövlətimizin başçısına çatdırdı.

Salamlara görə minnətdarlığını bildirən Prezident İlham Əliyev onun da salamlarını Antonio Quterreşə çatdırmağı xahiş etdi.

WUF13-ün uğurla keçdiyini deyən Əminə Məhəmməd bununla bağlı dövlətimizin başçısını təbrik etdi. O, bu tədbirdə dünyanın müxtəlif ölkələrindən çox sayda yüksək səviyyəli qonağın iştirak etməsinin dərin təəssürat hissi yaratdığını bildirdi.

Əminə Məhəmməd Bakıda müasir şəhərsalma qaydaları tətbiq olunmaqla tarixi irslə müasirliyin vəhdətinin təmin edildiyini məmnunluqla vurğuladı və bildirdi ki, bu, paytaxtımıza xüsusi gözəllik verir.

Görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə postmünaqişə şəraitində həyata keçirdiyi bərpa və quruculuq işlərinin postmünaqişə vəziyyətindəki regionlar üçün bir nümunə olduğu bildirildi və bu xüsusda ölkəmizin təcrübəsinin BMT çərçivəsində digər ölkələrlə bölüşməsinin faydalı olacağı vurğulandı.

Azərbaycanın "ASAN xidmət" modelinin BMT-nin dövlət xidmətləri mükafatına, həmçinin BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görüldüyü xatırlandı, "ASAN xidmət"in uğurlu təcrübə kimi Afrika və Asiyanın müxtəlif ölkələrində tətbiq olunduğu qeyd edildi.

Söhbət zamanı Azərbaycanla BMT arasında uzun illərdir uğurlu əməkdaşlığın həyata keçirildiyi və ölkəmizin bu təşkilatın fəal üzvü olduğu, onun proqram və tədbirlərinin icrasına mühüm töhfələr verdiyi vurğulandı. İndiyədək BMT-nin müxtəlif mövzulara aid beynəlxalq tədbirlərinin Azərbaycanda yüksək səviyyədə təşkil olunması məmnunluqla xatırlandı.

Tarix
2026.05.21 / 19:25
Müəllif
Axar.az
Digər xəbərlər

AB-dən Ermənistana yaşıl işıq - Rusiyaya görə...

Almaniyadan Rusiyaya cavab: minlərlə raket göndərir

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla