Yuxarı

Azərbaycan və BMT arasında mühüm müzakirə...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan və BMT arasında mühüm müzakirə...

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan BMT Baş katibinin müavini Əminə Məhəmmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Axar.az-a Azərabaycanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Görüş zamanı Azərbaycan ilə BMT arasında əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub. Tərəflər çoxtərəfli əməkdaşlıq, Dayanıqlı İnkişaf Məqsədlərinin icrası, iqlim fəaliyyəti, eləcə də postmünaqişə dövründə bərpa və yenidənqurma istiqamətində həyata keçirilən təşəbbüslər ətrafında fikir mübadiləsi aparıblar.

C.Bayramov Azərbaycanın beynəlxalq sülh, təhlükəsizlik və dayanıqlı inkişaf gündəliyinə verdiyi töhfələri qeyd edib, ölkəmizin regional əməkdaşlıq və bağlantı layihələrinin təşviqində oynadığı rolu vurğulayıb.

Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə geri dönüşünün təmin olunması istiqamətində görülən tədbirlər barədə məlumat verilib.

Tərəflər həmçinin Azərbaycanın enerji təhlükəsizliyi və regional bağlantılar sahəsində aparıcı rolu, Mərkəzi Asiya ilə strateji əlaqələri barədə müzakirə aparıblar.

Ə.Məhəmməd Azərbaycan ilə BMT arasında tərəfdaşlığın əhəmiyyətini vurğulayaraq dayanıqlı inkişaf, şəhərsalma, iqlim gündəliyi və humanitar məsələlər üzrə əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2026.05.21 / 22:44
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhur türk bloger Əliyevdən üzr istədi və sirri açdı - Video

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bakıda kanatla sərnişindaşıma olacaq - Video

Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı

Prezident elan etdi: Yeni dövr başladı, əsas prinsip budur

Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto

Həsən Mansurov BMT Konqresində çıxış etdi

Türk tiktoker: Azərbaycanı təhqir etdiniz, Əliyev də... - Video

Bölgəyə Türkiyə ordusu yerləşdirilsə, İsrailin addımları...

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla