Yuxarı

Bakı və Ankara mesajını verdi, indi seçim İrəvanındır

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin özünü İrəvanın gələcəyində iştirakdan kənarda saxladığını düşünmürəm.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

“Ermənistana bəllidir ki, Azərbaycan və Türkiyə ilə münasibətlərin qurulması, sərhədlərin açılması və İrəvanın regional layihələrə qoşulmasının bir şərti var, o da işğal altındakı Azərbaycan torpaqlarının boşaldılmasıdır. Bu baş verərsə, münasibətlər normallaşar, gəlirlər artar, bölgədə sülh və barış yaranar. Bu mesajlar dəfələrlə Bakıdan və Ankaradan İrəvana göndərilib. O üzdən Türkiyənin özünü İrəvanın gələcəyində iştirakdan kənarda saxladığını düşünmürəm. Seçim indi Ermənistanındır, keçmiş erməni prezidentləri bundan yararlanmadılar, çünki onların özləri də işğalçıdırlar. Yeni hökumət anlayışlı yanaşma yürüdərsə, hər şey fərqli olacaq. Yox, əgər əvvəlki siyasətlərini davam etdirsələr, Türkiyə və Azərbaycanla sərhədlər qapalı qalacaq”, - siyasi şərhçi bildirib.

Millət vəkili, politoloq Rasim Musabəyov isə Ankaranın İrəvanla bağlı hazırkı neytral mövqeyini doğru sayıb:

“Ermənistanda hansı dövlətin səfirlikləri, diplomatik əlaqələri var və hansı ölkənin rəhbər strukturları İrəvanla əlaqələr saxlayırlarsa, onlar işğalçıya təsir göstərirlər. Türkiyə Ermənistanla hansı şərtlər altında sərhədləri açacağını və diplomatik əlaqələr qura biləcəyini çoxdan bəyan edib. Hesab edirəm ki, indi Türkiyə haqlı olaraq bu məsələlərdən kənar dayanır və prinsipial olaraq Azərbaycana dəstək verərək Ermənistanla heç bir əlaqələr qurmur”.

Tarix
2018.04.26 / 15:42
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Mirzoyan: Türkiyə və Azərbaycanla buna hazırıq

Azərbaycan və Polşa siyasi məsləhətləşmələr keçirəcək

Bakı bu bəyannaməyə istinada həvəsli deyil

Almatı görüşü: İrəvan da təsdiqlədi - Smadiyarov

Polşa prezidenti və baş naziri COP29-da iştirak edəcək

Azərbaycan səfiri britaniyalı nazirlə görüşdü - Foto

Frank Şvabe siyasi terrorçudur - Səməd Seyidov

İlham Əliyev ABŞ rəsmilərini qəbul etdi

Macarıstan İrəvana 10 milyonluq yardımı Bakıya görə bloklayır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla