Yuxarı

İrəvanı qorxuya salan sürpriz: Əliyev ABŞ-a gedir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarşıdakı Qarabağ danışıqlarında bəzi sürprizlərin olması gözləniləndir, Ermənistan bu sürprizlərə hazır olmalıdır.

Publika.az xəbər verir ki, bu barədə 1992-95-ci illərdə Ermənistan prezidentinin xüsusi tapşırıqlar üzrə səfiri olmuş David Şahnazaryan deyib. O qeyd edib ki, Azərbaycan əhəmiyyətli diplomatik fəallıq göstərir:

“Xarici İşlər naziri Məmmədyarov Vaşinqton, Berlin, Brüssel, Paris kimi siyasi mərkəzlərə ardarda səfərlər edir. Bununla yanaşı, etibarlı mənbələrdən əldə etdiyim məlumata görə, Prezident İlham Əliyevin tezliklə Vaşinqtona səfəri gözlənilir və bu səfər çərçivəsində Qarabağla bağlı mühüm danışıqlar ola bilər”.

Erməni diplomat hesab edir ki, Bakı münaqişənin həlli üçün tələsir və bu istiqamətdə real diplomatik addımlar atır.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın son günlər Azərbaycan prezidenti İlham Əliyevə üç məktub ünvanlaması, bu məktubların birində “qarşıdakı aylarda Qarabağ münaqişəsinin həlli üçün yeni imkanlar yaranacaq” ifadəsini xüsusilə işlətməsi Ermənistanda narahatlığa səbəb olub. Çünki Serj Sərkisyan dövründə Ermənistanın əsas dayaq nöqtəsi Rusiya hesab olunurdu, lakin Paşinyan dövründə Moskva İrəvanın “göz yaşlarına inanmır”. Bununla yanaşı, İrəvanın söykənmək istədiyi Vaşinqton Bakı istiqamətində körpünü tikir. Dəqiq informasiya olmasa da, bu proseslər fonunda Azərbaycan prezidentinin Vaşinqtona səfər edəcəyi gözləniləndir. Və bu, Trampın da dediyi kimi, Qarabağ münaqişəsinin həllində mühüm ola bilər.

Tarix
2018.06.02 / 11:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ziya Hüseynzadə Razi Əliyevanı məhkəməyə verdi

Fəzail Ağamalının qızının dairəsi ləğv edilə bilər - Video

Bu məzarlıqda azərbaycanlının 6 milyonu və 6 kq qızılı axtarılır

Azərbaycanla Ermənistanın ölüm və doğuş müqayisəsi

Rusiya ABŞ-la razılaşaraq Ukraynaya girib – Sensasion rəy

Paşinyan 17 min nəfərə avtomat payladı, indi tapa bilmir…

Bayramov Kılıçla İrəvanla əlaqələri müzakirə etdi - Foto

Başçı Qusarda Qod Nisanovun əmrlərini yerinə yetirir - Video

Milli geyimlərin təbliği ilə bağlı müzakirə aparıldı - Foto

COP29-un ilk rəsmi tərəfdaşları açıqlandı

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla