Yuxarı

Gələn il Qarabağla bağlı mühüm qərarlar veriləcək – Şərh

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gələn il Qarabağla bağlı mühüm qərarlar veriləcək – Şərh

Azərbaycan bu il iqtisadi, mədəni sahələrlə yanaşı, siyasətdə də bir sıra uğurlara imza atdı.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bu baxımdan 2018-ci ilin siyasi yekununun daha diqqətçəkici olduğunu deyib:

“Xarici siyasətdə qazandığımız ən önəmli üstünlük Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü daxilində həll edilməsinə dair bir çox beynəlxalq təşkilatların və xarici dövlətlərin yekun rəyə gəlməsini təmin etmək idi. Bu mənada Avropa Birliyi və NATO-nun Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü daxilində həll edilməsi ilə bağlı bəyanatı böyük rol oynayır. Bu fikirləri Qoşulmayanalar Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və BMT-nin qəralarına da şamil etmək olar. Bütövlükdə, Azərbaycan bölgənin lider dövləti kimi beynəlxalq münasibətlərdə çox dinamik siyasət yürüdərək mövqelərini xeyli möhkəmləndirib. Məhz buna görə də bu gün Azərbaycan Dağlıq Qarabağ məsələsinin həllinə dair danışıqlar masası arxasında daha inamlıdır. Bakı mövqelərinin qorunmasını daha cəsarətlə irəliyə sürür. Zənnimcə, 2018-ci ildə əldə edilmiş uğurlar və bünövrəsi qoyulmuş məsələlər gələn il Azərbaycanın beynəlxalq mövqelərini daha da möhkəmləndirəcək”.

Politoloq bildirib ki, bu baxımdan da 2019-cu ildə Dağlıq Qarabağ probleminin həllinə daha nikbin yanaşmaq olar:

“Bu nikbinlik bir çox sahələrdə özünü göstərəcək. Azərbaycanın xarici siyasətinin və beynəlxalq imicinin dinamik inkişafı bunu deməyə əsas verir. Belə ki, Azərbaycan 2019-cu ildə məsuliyyətli seçimlər edə bilər. Söhbət qərbyönümlü siyasətlə yanaşı, Rusiya ilə bağlı siyasətdə müəyyən seçimlərin edilməsindən gedir. Yəni Azərbaycan müəyyən statusla KTMT-yə qoşula bilər. Hər halda Azərbaycanın indiki strateji maraqları bunu diqtə edir. Putin bu günlərdə KTMT daxilində tərəfdaş və müşahidəçi statuslu üzvlərin qəbul edilməsi haqqında qərarı imzalayıb. Bundan sonra ölkələr sözügedən hərbi siyasi təşkilata həm tərəfdaş, həm də müşahidəçi sifətilə qoşula bilərlər. Bu fonda Azərbaycana daha çox diqqət yetirilir. Azərbaycan hazırda bu məsələni ciddi götür-qoy edir. Bakının əsas şərti danışıqlar prosesinin həyata keçirilməsi, Rusiya və KTMT-nin digər üzvlərinin Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü daxilində həllini dəstəkləməsidir”.

Politoloq qeyd edib ki, Avropa Birliyi ilə ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi haqqında müqavilə bu ilin əvvəllərində imzalana bilər:

“Bütün vektorlar üzrə qeyd edilən tarazlı siyasət ölkəmizə yeni uğurlar gətirməkdə davam edəcək”.

Tarix
2018.12.31 / 13:08
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Can Azərbaycana hücum edənlər... - Hulusi Kılıç

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla