Yuxarı

İrəvan iki ağanın nökəridir – Kuznetsov

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvan iki ağanın nökəridir – Kuznetsov

ABŞ Konqresi Ermənistana müvafiq sanksiyaları tətbiq etməkdən imtina edə bilər.

Bu sözləri rus politoloq, tarixçi Oleq Kuznetsov Ermənistanın Rusiya ilə imzaladığı hərbi müqaviləyə görə ABŞ sanksiyasına məruz qalma ehtimalı haqda Axar.az-a danışarkən deyib.

“ABŞ siyasi vəziyyətə uyğun olaraq tənzimlənə bilən bir struktura malikdir. Ancaq bu halda Ermənistan üçün siyasi baxımdan o qədər də xoş olmayan bir hadisə baş verəcək: beləliklə, Birləşmiş Ştatlar bütün dünyaya nümayiş etdirəcək ki, rəsmi İrəvan iki sahibin nökəridir – Rusiya Federasiyası və ABŞ. Əslində, bu elə indinin özündə də şübhə doğurmur.

İkinci variant isə odur ki, ABŞ bu müqaviləni görməzdən gələ bilər. Sözügedən müqavilə ilə bağlı atılacaq növbəti addımda hər şey aydın olacaq”, - politoloq bildirib.

Qeyd edək ki, Ermənistan Müdafiə nazirinin müavini David Paxçanyan Moskva səfəri zamanı “Rosoboroneksport” və Rusiya Hərbi Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin rəhbərliyi ilə görüşərək, bir sıra müqavilələr imzalayıb.

Bu müqavilə əsasında Ermənistana bir sıra məhsulların tədarükünün həyata keçiriləcəyi bildirilib.

Tarix
2019.03.01 / 17:15
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Ərazimizdə erməni şairin heykəli: özləri sökdülər - Foto

Bayramov İsveçin yeni səfiri ilə görüşdü

İsveçrəyə yeni səfir təyin edildi

İlham Əliyev onu Niderlanda səfir göndərdi

Bakı “Rosatom”la tərəfdaşlıqdan faydalana bilər - Ekspert

Tramp Uitkoffun Azərbaycanla bağlı məqaləsini paylaşdı

Qərargaha soxulub, Elçibəyi də, məni də vurdular - Video

İlham Əliyev Melonini təbrik etdi

Ermənistan prezidenti Azərbaycanla sülhdən danışdı

Bu halda Azərbaycan 500 milyon manat qazanacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla