Yuxarı

Lavrovun Paşinyana Qarabağ təlimatı... - Politoloq

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lavrovun Paşinyana Qarabağ təlimatı... - Politoloq

Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında Vyana görüşü baş tutacaq.

Bu sözləri Axar.az-a Azərbaycan və Ermənistan rəhbərlərinin Vyanada gözlənilən görüşü ilə bağlı bəzi suallara aydınlıq gətirən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, görüşün təşkil edilməsində Avropa Birliyi, Avropa Şurası və ATƏT-in Minsk Qrupunun səylərini qiymətləndirmək lazımdır:

“Çünki Paşinyanın danışıqların formatını dəyişdirməklə bağlı sayıqlamaları məhz Bakının siyasəti və onların sayəsində gündəmdən çıxarıldı. Buna baxmayaraq, Paşinyan görüş ərəfəsində sayıqlamalarını davam etdirir. Onun əsas fikri hələ ki, İlham Əliyevlə danışıqların formatını bir daha müzakirə etmək və bundan sonra danışıqların mahiyyəti üzrə davam etdirilməsinə keçməkdir. Ancaq Azərbaycan Prezidenti qəti şəkildə bildirib ki, danışıqlar mövcud formatda da davam etdiriləcək. Bu fonda Vyana görüşü baş tutacaq və Paşinyan reallıqdan qaça bilməyəcək”.

Politoloq bu məqamda Paşinyanın oyunbazlığının bir sıra səbəblərdən qaynaqlandığını vurğulayıb:

“Əvvəla, Paşinyan Ermənistandakı elektoral baza sarıdan yaman narahatdır. Çünki o, indiyə qədər elektoral bazanın emosiyaları ilə oynayaraq reytinqini qoruyub saxlamağa çalışıb. İkincisi, bu gün danışıqları bəlli bir çərçivəyə salan və bu çərçivədən kənara çıxmağa imkan verməyən qüvvələr var. Hətta danışıqların birbaşa Rusiyanın təlimatları çərçivəsində aparıldığı da istisna edilmir. Rusiya yenə də danışıqlar prosesində inhisarçı mövqeyini qoruyub saxlamaqdadır. Bu nöqteyi-nəzərdən indiki dövrdə Paşinyanın şıltaqlığının digər bir səbəbi isə Lavrovun ona verdiyi təlimatlardır. Əgər bu təlimatlar davam edərsə, danışıqlar prosesi hələ ki nəticəsiz “irəliləyəcək”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan martın 29-da Avstriyanın paytaxtı Vyanada ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə görüşəcəklər.

Tarix
2019.03.27 / 08:30
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

Prezident Corc Ceykob Kuvakadı qəbul etdi

Bakı 16 ildən sonra yenidən bu tədbirə ev sahibliyi edir

Azərbaycanın namizədi BMT-nin bu komitəsinin üzvü seçildi

Azərbaycan nümayəndələri Kabildə beynəlxalq görüşdə...

Almaniya ümid edir ki, Əliyev bu il Berlinə gələcək – Səfir

Ermənistana 490 ton buğda göndərildi

İsrail ABŞ-İran razılaşmasına qarşı çıxdı

İsrail, İran, ABŞ, ərəblər - narazıdır: Bu, nə razılaşmadır?

Ərdoğan Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla