Yuxarı

Müharibə təhdidinə sülhlə cavab verəcəyik - Paşinyan

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müharibə təhdidinə sülhlə cavab verəcəyik - Paşinyan

Qarabağ münaqişəsi ilə bağlı danışıqların prinsipləri bulanıq olmamalıdır.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan “Yerkrapa” Qarabağ müharibəsi könüllüləri ittifaqının qurultayında çıxışı zamanı deyib.

“Madrid prinsiplərinin nə anlama gələ biləcəyini və hansı nəticələrə səbəb olacağını anlamaq vacibdir. Vyana görüşündə bu suala aydın cavab almadım. Yalnız bundan sonra bu prinsiplərin bizim üçün nə dərəcədə qəbul edilən olub-olmadığına cavab verəcəyik”, - Paşinyan bildirib.

Onun sözlərinə görə, bəzən iki ölkənin liderləri eyni otaqda bir neçə saat söhbət edə bilər, ancaq onların sonradan danışdıqları bir-birinin tamamilə əksi ola bilər.

“Vyanadakı görüşdən bizi belə bir qeyri-ciddi vəziyyətə qoymamaq üçün mən əlimdən gələn hər şeyi etdim”, - Paşinyan söyləyib.

Paşinyan Ermənistanın müharibə təhdidlərinə sülhlə cavab verəcəyini iddia edib:

“Müharibə təhdidlərinə sülhlə, ehtiyac olacağı halda isə sülhə məcbur etməklə cavab verəcəyik. Sülhə çağırışa isə hazırlığımızla cavab veriləcək. Bunun üçün çalışmağa hazırıq. Münaqişənin həlli hər kəs üçün qəbuledilən olmalıdır: həm Ermənistan, həm Qarabağ, həm də Azərbaycan xalqı üçün. Mən Azərbaycan Prezidentinin də məsələyə bu cür yanaşacağını gözləyirəm”, - Paşinyan qeyd edib.

Paşinyanın fikrincə, Qarabağın nümayəndəsi olmadan danışıqlarda məsələnin həllindən başqa hər şeydən danışmaq olar.

Tarix
2019.04.07 / 16:55
Müəllif
Orxan Tağıyev
Digər xəbərlər

Azərbaycan Əfqanıstanda beynəlxalq görüşdə iştirak edəcək

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Ermənistana 490 ton buğda göndərildi

İsrail ABŞ-İran razılaşmasına qarşı çıxdı

İsrail, İran, ABŞ, ərəblər - narazıdır: Bu, nə razılaşmadır?

Ərdoğan Azərbaycanı təbrik etdi

Suriyalı nazir Azərbaycanla münasibətlərdən danışdı

Türkiyə MN Azərbaycanı təbrik etdi - Foto

Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb?

Ulu Öndərin qayıdışı ölkəmizin taleyində dönüş anı oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla