Yuxarı

Bakının mövqeyi həmsədrlərə bir daha izah edildi – PA rəsmisi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakının mövqeyi həmsədrlərə bir daha izah edildi – PA rəsmisi

ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər etdilər. Prezident İlham Əliyev onları qəbul etdi və Azərbaycanın münaqişə ilə bağlı mövqeyi onlara bir daha izah olundu.

Bunu Report-a açıqlamasında Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

"Həmsədrlər həmçinin "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi ilə də görüş keçirdilər, icmanın tələblərini, qayğılarını, öz torpaqlarına qayıtmaq kimi məsələlərlə bağlı narahatlıqlarını bir daha dinləmiş oldular", - Prezident Administrasiyasının şöbə müdiri vurğulayıb.

Qeyd edək ki, həmsədrlər mayın 27-də bölgəyə səfərə gəliblər və ilk olaraq Yerevanda olublar. Onlar mayın 27-də Yerevanda Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan, eyni zamanda müdafiə naziri David Tonoyanla görüşüblər. Həmsədrlər həmçinin mayın 29-da Azərbaycanın işğal altında olan Xankəndi şəhərində də olub, separatçı rejimin rəhbəri Bako Saakyanla görüşüblər.

Diplomatlar mayın 30-da Bakıya gəlib, bir sıra görüşlər keçiriblər. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi köməkçisi Anjey Kaspşik də iştirak etdiyi görüşlərdə cəbhə xəttindəki vəziyyət müzakirə edilib.

Tarix
2019.06.01 / 13:14
Müəllif
Axar.az
Digər xəbərlər

Kamçatkada köməksiz qalan vətəndaşımız təxliyə edildi

Azərbaycan media heyəti Daşkənddədir - Video

Azərbaycan və Özbəkistanı bu dəyərlər birləşdirir - Qafarov

Daşkənd İlham Əliyevin səfərinə belə hazırlaşır - Video

ABŞ Azərbaycan vətəndaşları ilə bağlı qadağanı ləğv etdi

Rusiyada köməksiz qalan həmyerlimizlə bağlı açıqlama

Ermənistana 9 vaqon buğda və 1 vaqon propan göndərildi

Rusiyada həbs edilən Ruslan Məmmədovla bağlı maraqlı fakt

Səfirimiz etimadnaməsini Fernandesə təqdim etdi

Sabah Ermənistana propan və buğda göndəriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla