Yuxarı

Nazir Britaniya səfiri ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 9-da Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri xanım Karol Kroftsu səlahiyyət müddətinin sona çatması münasibətilə qəbul edib.

Axar.az xəbər verir ki, nazir fəaliyyəti dövründə, bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də aktiv təşəbbüslər irəli sürdüyünə və iki ölkə arasında əlaqələrin inkişafına töhfələrinə görə səfirə təşəkkürünü bildirib.

Xanım Karol Krofts Azərbaycanda çalışdığı müddətdə ölkələrimiz arasında mədəniyyətin qarşılıqlı maraq kəsb edən sahələrində əməkdaşlıqdan və həyata keçirilmiş işlərdən söhbət açıb. Ölkəmizdəki diplomatik fəaliyyəti dövründə reallaşan çoxsaylı tədbirlərin xalqlarımızın daha da yaxınlaşması baxımından əhəmiyyətini vurğulayıb. Səfir həmçinin ölkəmizin qədim və zəngin mədəni irsini yaxından tanıdığı üçün məmnunluğunu ifadə edib. Xalqımızın gözəl mentalitetə və zəngin adət-ənənələrə sahib olduğunu deyən diplomat azərbaycanlıların qonaqpərvərliyini və ölkəmizin multikulturallığını yüksək qiymətləndirib.

Səfir UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda yüksək səviyyədə təşkilindən söz açıb və Şəki Xan sarayı və şəhərin mərkəzi hissəsinin Dünya irs siyahısına salınması münasibətilə nazirə təbriklərini çatdırıb.

Vurğuladı ki, ölkə rəhbərliyinin diqqəti və Təşkilat Komitəsinin gərgin əməyi sayəsində bu sessiya uğurla reallaşıb.

Nazir öz növbəsində bildirdi ki, xanım Karol Kroftsun səlahiyyət müddəti başa çatsa da, Azərbaycan ona dost olan insanları hər zaman sevgi ilə qəbul edir və gözləyir. Ölkələrimiz hər zaman dostluq münasibətlərində olub və bu əlaqələr gələcəkdə də davam edəcək.

Əbülfəs Qarayev Azərbaycan ilə Böyük Britaniya arasında mədəniyyət sahəsində ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb və ölkələrimizin bir-birinə qarşılıqlı dəstək verməsindən məmnunluğunu dilə gətirib.

Nazir Azərbaycanda səfir kimi səlahiyyət müddəti başa çatan səfirə cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşün sonunda səfir Karol Krofts səmimi qəbula görə Əbülfəs Qarayevə minnətdarlığını bildirib, bundan sonra da iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində əlindən gələni əsirgəməyəcəyini qeyd edib. Xanım diplomat həmçinin Azərbaycanı daim xoş təəssüratla xatırlayacağını vurğulayıb.

Tarix
2019.08.09 / 18:00
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən qərar: Bu agentlik ləğv olunur

İlham Əliyev fərman imzaladı

Berbok Bakıda, görün, nələrlə məşğuldur – İnanılmaz

Prezidentdən hərbi xidmətə çağırışla bağlı - Sərəncam

Milli Məclisdən Paşinyana cavab: Bu, ərazi iddiasıdır!

Prezident onlara yüksək vəzifə verdi - Foto

COP29-da mühüm razılıq əldə olundu

Türkiyədə 70 kq qızılla saxlanılan azərbaycanlı kimdir?

Taksist qonağı hava limanından 139 manata gətirdi - DİN işə qarışdı

Bakıda COP29 keçirilir, buna görə də… - Paşinyan

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla