Yuxarı

Məmmədyarov Britaniyanın yeni səfiri ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məmmədyarov Britaniyanın yeni səfiri ilə görüşdü

Xarici İşlər naziri Elmar Məmmədyarov Böyük Britaniya və Şimali İrlandiya Krallığının ölkəmizə yeni təyin olunmuş səfiri Ceyms Layl Şarpı qəbul edib.

Xarici İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, Elmar Məmmədyarov Ceyms Layl Şarpı Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Səfir etimadnaməsinin surətini nazirə təqdim edib.

Görüşdə iki ölkə arasında mövcud olan ikitərəfli münasibətlərin hazırkı durumu haqqında fikir mübadiləsi aparılıb və tərəflər ölkələr arasında enerji, siyasi, iqtisadi və digər sahələrdə əldə edilmiş nailiyyətlərin məmnunluq doğurduğunu ifadə ediblər.

Ceyms Layl Şarp Azərbaycana təyin olunmasından məmnun olduğunu və diplomatik fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.

Daha sonra Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinin son vəziyyəti haqqında qarşı tərəfə məlumat verən nazir Ermənistan rəhbərliyinin son bəyanatlarının bölgədə gərginliyin artmasına xidmət etdiyini və danışıqlar prosesinə xələl gətirdiyini qarşı tərəfin diqqətinə çatdırıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb.

Tarix
2019.09.03 / 19:29
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların olduğu gəmi batma təhlükəsi ilə üzləşdi

Baş nazirdən İrandakı səfirliyimizlə bağlı qərar

İrəvan Qarabağda xidmət edən generallara cinayət işi açır

Sərkisyandan soruşurdum ki, nə baş verib... - Zülfüqarov

Zülfüqarovun cavabı məni heyrətləndirdi – Sərkisyan

Ballıqayadakı cinayətlərə hüquqi qiymət verilməlidir

Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində...

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

Moskvadakı səfirliyimizin önündəki təxribatın - Videosu

Ehtiyac olsa, Azərbaycandan elektrik enerjisi alacağıq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla